"Azərbaycanı bütün “5 kalon”lardan təmizləmək lazımdır"

11:58 04-05-2022 | icon 597 | Siyasət
"Azərbaycanı bütün “5 kalon”lardan təmizləmək lazımdır"

Fuad Əliyev: "Rusiya-Ukrayna müharibəsinin nəticələrini gözləməməliyik"

 

Xəbər verdiyimiz kimi, Ukrayna prezidenti Volodimir Zelenski yunan telekanalına müsahibəsində Türkiyəni "ikili standartlarda" ittiham edib. Türkiyəni rus turistlərini qəbul etməsində günahlandıran Zelenski deyib: "Vəziyyəti belə idarə edə bilməzsiniz, bu ikili standartdır. Bu, qətiyyən doğru deyil. Həqiqət tərəfdarısınız, yoxsa yox? Bir seçim etməlisiniz. Prezident kimi deməliyəm ki, əgər biz dostluq münasibətləri qurmaq istəyiriksə, bu, baş verməyəcək”. Zelenskinin bu açıqlaması heç də birmənalı qarşılanmayıb.

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev mövzuyla bağlı müsahibə verib. Versus.Az həmin müsahibəni təqdim edir:

 

- Fuad müəllim, Azərbaycanda bəziləri Zelenski və komandasının dövlət idarəçiliyini bilmədiyini, populist siyasət apardığını bildirirlər...

 

- Zelenski vətənpərvər ola bilər, amma bu demək deyil ki, o, dövlət idərəçiliyi bilən adamdır. Baxın, onun son çıxışlarına. Hamını ittiham edir. Hətta Ukraynaya yardım edən ölkələri belə ittiham edir. Almaniya prezidentini Ukraynaya gəlməyinə icazə vermirlər, Ukrayna səfiri Almaniya kansleri “incimiş liver kalbasa” ilə müqaisə edir… Bizim qardaş Türkiyanı ittiham edirlər, halbuki, Türkiyə müharibənin birinci gündən Ukraynanın yanındadır. Bütün bunlar onu göstərir ki, artıq onun siyasi təcrübəsizliyi üzə çıxır. Saakaşvili, Zelenski kimi psevdo-patriotları görmişik. Nəticələri də məlumdur.

 

- Belə təsəvvür yaranmırmı ki, Qərbin Ukraynada “5-ci kalonu” Rusiyanın “5-ci kalonu”-dan güclü çıxıb? Bəzi ekspertlər hesab edirlər ki, Moskva “5-ci kalon” vasitəsi ilə Ukraynanı nüfuz dairəsində saxlaya bilmədiyindən hərbi müdaxiləyə əl atdı... Qərbin “5 kalonu” olan Ukrayna hakimiyyəti, Rusiyanın "5-ci kalon"un nüfuzlu şəxslərini, həbs edir, zərərsizləşdirir. Bizimlə müqaisə etsək, Azərbaycandakı “5-ci kalon”-un üzvləri hesab olunanlar vəzifədən azad olunsa da həbs edilməyib...

 

- Mən ümumiyyətlə hesab edirəm ki, Azərbaycanı bütün “5 kalon”-larından təmizləmək lazımdır. Və bizim dövlət təhlükəsizlik xidməti, digər hüquq-mühafizə orqanları bu istiqamətdə çox ciddi işlər aparırlar. Ukraynaya gəlincə, orada Rusiyanın hesab edilən “5 kalon”-dan təmizləmə çoxdan baş verib. Təəssüf ki, Ukraynada Qərbin dəstəyilə hakimiyyətə gələn demokratlar, zəiflik göstərərək, hakimiyyəti neo-nasistlərə verdilər. Son illər neo-nasistlərin yürüşləri, “Azov” batalyonu hakimiyyət tərəfindən dəstəklədiyini, hakimiyyətdə təmsil olduğunu göstərmək olar. Bunlar Ukrayna dövlətçiliyə ziyan vurdular, sual altına goydular. 10 milyona yaxın qaçqın, minlərlə ölənlər, dağıdılmış şəhərlər… Müharibədən sonra Ukraynanı bərpa etmək üçün illər lazımdır, millyardlar lazımdır. İnamıram ki, Qərb bu dəstəyi verəcək. Versə belə, kredit formasında verəcək. Bu kreditidə qaytarmaq lazım olacaq…

 

- Bəzi ekspertlər hesab edirlər ki, Rusiya Ukraynada müharibəni uduzacaq və bu baxımdan Qarabağ ətrafındakı proseslər tam olaraq Azərbaycanın xeyrinə olacaq. Siz bu haqda nə deyə bilərsiz?

 

- Dediyiniz kimi, Qarabağ ətrafında gedən proseslər onsuz da Azərbaycanın xeyrinədir. İşğaldan azad olunan ərazilərdə bərpa işləri gedir. Hesab edirəm ki, indiki Laçın dəhlizinə alternativ tikilən yol açılandan sonra Laçın dəhlizi bağlanacaq və bizim sərhədçilərimiz Ermənistanla olan sərhədi tam olaraq qoruyacaqlar. O qalan erməni-separatçıların tör-töküntiləri də orda qalmayacaqlar. Biz öz işimizi görməliyik, Rusiya-Ukrayna müharibəsinin hansı nəticələrlə yekünlaşmasını gözləməməliyik. Ermənistanın bütün təxribatlara cavab verməliyik. Qarabağdakı bütün qanunsuz silahlı dəstələri ləğv etmək üzərində düşünməliyik.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol