Azərbaycanlı əsir, girov və itkinlər... - Bu ilin ilk rəsmi STATİSTİKASI açıqlandı

11:44 09-01-2019 | icon 443 | Gündəm
Azərbaycanlı əsir, girov və itkinlər... - Bu ilin ilk rəsmi STATİSTİKASI açıqlandı

 

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində itkin düşmüş şəxs kimi qeydə alınanlarların sayı 1 yanvar 2019-cu il tarixinə 3888 nəfərdir.

Versus.Az xəbər verir ki, Dövlət Komissiyasının İşçi qrupundan verilən məlumata görə,  rəsmi qeydiyyatından keçən itkin düşmüş şəxslərdən hərbçilərin sayı 3170 nəfər, mülki şəxslərin sayı 718  nəfərdir. Ümumilikdə itkinlərin 3622  nəfərini kişilər, 266  nəfərini qadınlar təşkil edir.

İtkin kimi qeydə alınmış mülki şəxslərdən uşaqlar 71 nəfər, qadınlar 266 nəfər, qocalar 326 nəfərdir.
 

Haqqında Dövlət Komissiyasına əsir-girov götürülməsi barədə məlumatlar daxil olmuş şəxslər isə hazırda 871 nəfər təşkil edir.  Bunlardan 773-ü kişilər, 98-i qadınlardır.

Əsir-girov götürüldüyü bildirilən şəxslərin 604 nəfəri hərbçi, 267 nəfəri mülki şəxsdir. 

Həmin mülki şəxslərin 29 nəfəri uşaqlar, 98 nəfəri qadınlar, 112 nəfəri qocalardır.


1 yanvar 2019-cu il tarixinə olan məlumata görə, əsir və girovluqdan azad edilmiş şəxslər 1483 nəfər olub. Onlardan hərbçilər 365 nəfər, mülki şəxslər 1118 nəfər təşkil edib.

Əsir və girovluqdan azad edilmiş mülki şəxslərin  226-sı uşaqlar,  364-ü qadınlar,  225-i qocalar olub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”