Bakıda xanım jurnalistin evi yarıldı

11:52 09-01-2019 | icon 466 | Hadisə
Bakıda xanım jurnalistin evi yarıldı

 

“Günün gündüz çağı evimə basqın edib nə var, nə yox aparacaq qədər sakit bir ölkədə yaşayıram”.

 

Versus.Az modern.az-a istinadən xəbər verir ki, bunu sosial şəbəkədəki hesabında evindən oğurluq edildiyini yazan journalist, “Araz” FM-in aparıcısı Aygün Akif deyib.

A.Akif polisin hadisə yerinə çağırışdan 4 saat sonra gəldiyini bildirib:

 

“Polis və əməliyyatçılar gözləyir ki, evə girən vicdansız evdə olanların başını kəssin, işlərini görsün sonra hadisə yerinə gəlsinlər. 102 xidməti nə üçün yaradılıb?!

Darda olan insanların köməyinə 4 saat sonra çatmağa?! Bəs bizim polisimiz bizim güvən yerimiz idi?! Bu il ikinci dəfədir evimizi bu hala salırlar. Çox “rahat, “hüzurlu” yatırıq”.

 

Sabaha sağ çıxmağa ümidinin olmadığını deyən aparıcı “səsimiz gəlməsə bilin ki, bizi öldürüblər. Bunu dözə bilməyib paylaşdım. Vurulan maddi ziyan nə zamansa geri qayıdacaq. Amma mənim valideynim bir daha əvvəlki kimi olmayacaq. Sabah səsimiz gəlməsə bilin ki, bizi öldürüblər”,- deyə bildirib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu