Siçovullara video oyun oynamağı öyrətdi
Bir çoxları siçovulları zərərverici hesab etsə də, əslində çox ağıllı heyvanlardır. Macarıstanlı nevroloq 30 yaşlı Viktor Tot bunu onlara video oyunları oynamağı öyrətməklə bunu nümayiş etdirib.
O, bu təcrübə ilə siçovulların qərar qəbul edə bildiyini sübut etmək istəyib.
Karmak, Romero və Tom adlı gəmiricilər təcrübənin sonunda müstəqil şəkildə bir sıra labirintlərdən keçə, qapıları aça və hətta canavarları vura biliblər.
Macarıstanlı gəncin sözlərinə görə gəmiricilərin müstəsna yaxşı yaddaşı və özünəməxsus məntiqləri var.
“Siçovullara çox çətin tapşırıqları öyrətmək olar. Onlara müdaxiləm olmadan oyunun düzgün istiqamətində hərəkət etməyi öyrətmək istədim. Beləliklə, siçovullar düzgün istiqamətə dönəndə onları şirin su ilə mükafatlandırıldılar”.
Başlanğıcda siçovullar yalnız düz dəhlizlər və sadə dönmələrlə oyunlar oynayıblar.
Oyuna öyrəşməyə başlayanda, Tot dalanlar və qəfil dönüşlərlə daha çətin marşrutlar təqdim edib.
Gəmiriciləri üzüm və banan kimi sevimli yeməkləri ilə mükafatlandıraraq, Viktor nəhayət, onlara oyunun səviyyələrini necə idarə etməyi və qarşıdan gələn canavarlara hücum etməyi öyrədib.
“Onlar nə etdiklərini bilirlər - mən təsadüfən mühiti dəyişdirsəm, siçovul anlayır və içində olduğu yeni mühitə uyğunlaşır. Onlar çox maraqlı canlılardır və nə baş verdiyini öyrənməyə can atırlar. Əgər tapşırıq kifayət qədər çətindirsə, siçovulların xoşuna gəlməyə başlayır - ən azı bu mənim öz fərziyyəmdir”, - deyə Tot sözlərini bitirib.
“Təcrübənin sonunda onlar mənim sevimli siçovullarıma çevrildilər və mən onların hər biri ilə gündə ən azı bir saat vaxt keçirdim”, - deyə Tot bildirib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"