Sərnişinlərin DİQQƏTİNƏ

17:52 05-05-2022 | icon 398 | Gündəm
Sərnişinlərin DİQQƏTİNƏ

Metroda qatarların hərəkət qrafiki dəyişdi

 

“Nazirlər Kabineti yanında Operativ Qərargahın mərhələli qərarları ilə pandemiya şəraitində bir sıra yumşalmalar həyata keçirilir. Bununla əlaqədar Bakı metropolitenində sərnişin sayı və axınında da müvafiq artım və dəyişikliklər baş verir”.

 

Versus.Az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, verilən qərarları diqqətdə saxlayan “Bakı Metropoliteni” QSC fevral ayından başlayaraq, monitorinqləri daha da sıxlaşdırılmış qaydada və verilmiş qərarların mümkün təsirləri nəzərə alınmaqla aparır:

 

“Stansiyalarda sərnişin sayı, sıxlığı, axını və istiqamətləri ilə yanaşı, girişdən platformaya qədər stansiyaların yüklənməsi, qurğuların fəaliyyəti, hərəkət qrafiki və buna müvafiq olaraq ventilyatorların iş qrafiki müntəzəm monitorinqlərin əsas tərkib hissələrindəndir. Hazırda metropolitendə aparılmış monitorinqlərin nəticəsinə uyğun olaraq, gur saatlar 7:30-9:30 və 17:30-19:30 olaraq saxlanılır. Ehtiyat qatarların xəttə buraxılması ardıcıllığının müvafiq monitorinqləri əsasında, qatarların hərəkət qrafikinə müvafiq dəyişikliklər edilib. Bu məsələlər xüsusi nəzarət altında saxlanılır və günün saatlarına görə sıxlıq, sərnişin axını və s. araşdırma parametrlərinə uyğun zərurət yarandıqda, ehtiyat qatarlar xəttə buraxılır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı