Proporsional seçki sistemi Referendumda bərpa ediləcək - PROQNOZ

13:41 06-05-2022 | icon 546 | Siyasət
Proporsional seçki sistemi Referendumda bərpa ediləcək - PROQNOZ

Fuad Əliyev: "İdarəçilik sisteminin dəyişdirilməsi də mümkündür"

 

Xəbər verdiyimiz kimi, “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” mövzusunda keçirilən konfransda Dövlət başçısi İlham Əliyev məlum çıxışında yeni konstitusiya islahatlarının anonsunu elan edib.

 

Görəsən prezidentin verdiyi anonsda hansı islahatlar gözlənilir?

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib ki, burda bir neçə məsələlər ola bilər, o cümlədə proporsional seçki sisteminin bərpası.

 

Partiya sədri qeyd edib ki, ALDP 20 ildir parlamentdə proporsional seçki sisteminin bərpa olunması təşəbbüsü ilə çıxış edir:

 

"2002-ci ildə keçirilən referendum zamanı ALDP “Baş nazirin səlahiyyətlərə "Hə", proporsional seçki sisteminin ləğvinə "Yox”" adlı ölkə üzrə kampaniya aparıb. Daha sonra bununla bağlı qanun layihəsi hazırlayaraq Prezident Administrasiyasına və parlamentə təqdim etmişik".

 

Fuad Əliyev bildirib ki, proporsional seçki sisteminin olmaması Azərbaycanda siyasi partiyaların fəaliyyətinə ciddi təsir edir:

 

"Bu məsələ referendumda öz həllini tapmalıdır. Ölkədə referendum keçirərək, bu sistemi bərpa etmək olardı. Hesab edirəm ki, əgər konstitusiya islahatları olacaqsa, digər məsələlərlə yanaşı, proporsional seçki sisteminin bərpası məsələsi də referenduma çıxarılacaq”.

 

F.Əliyev vurğulayıb ki, digər vacib məsələlərdən biri də idarəçilik sisteminin dəyişdirilməsi ola bilər:

 

"Dövlət başçısı öz çıxışında da bunu qeyd etdi ki, indiki idarəçilik sistemi yenilənməlidir. Bu istiqamətdə ilk addımlar da atılıb. Qarabağ bölgəsində xüsusi nümayəndələr yaranıb. Sonuncu qərarla mayın 4-də Dövlət başçısı İlham Əliyev Şərqi Zəngilan rayonunda da Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb”.

 

Partiya sədri qeyd edib ki, böyük şəhər bələdiyyələrin yaradılması da referendumda öz əksini tapa bilər:

 

“ALDP olaraq 1999-cu ildən başlayaraq, böyük şəhər bələdiyyələrin yaradılması, o, cümlədən mer seçkilərinin keçirilməsi ilə bağlı təkliflər vermişik. Fikrimcə, ölkəmiz növbəti böyük islahatların astanasındadır".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı