“Zəngilanın strateji əhəmiyyəti beynəlxalq xarakter daşıyır”

13:54 06-05-2022 | icon 477 | Siyasət
“Zəngilanın strateji əhəmiyyəti beynəlxalq xarakter daşıyır”

Adil Əliyev: "Təsadüfi deyil ki, doğma torpaqlara qayıdıs birinci Zəngilandan başlayacaq"

 

“Zəngilan rayonu işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda strateji əhəmiyyətinə görə seçilir. Çünki Zəngilanın strateji əhəmiyyətinin mühüm beynəlxalq ölçüsü var. Yəni onun strateji əhəmiyyəti beynəlxalq xarakter daşıyır. Belə ki, Zəngəzur həm İran, həm də Ermənistanla həmsərhəd olan rayondur. Eləcə də Zəngilan Zəngəzur dəhlizinin üzərində yerləşməklə Azərbaycan, İran və Ermənistan arasında mühüm beynəlxalq nəqliyyat-tranzit qovşağı olmağa iddialı və potensiallıdır. Zəngilan ərazisində inşa edilən Ağbənd dəmir yolu stansiyası məhz bu potensialın reallaşmasına xidmət edəcək”.

 

Versuz.az xəbər verir ki, Milli Məclisin mətbuat xidmətinin məlumatına görə bu barədə Milli Məclisin sədr müavini Adil Əliyev bildirib.

 

A.Əliyev qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsindən dərhal sonra həmin ərazilərdə başlayan bərpa və yenidənqurma işləri davam edir.

 

Onun szölərinə görə, işğaldan azad edilmiş ərazilərimizin bərpasını və yenidən qurulmasını effektli və səmərəli surətdə həyata keçirmək üçün tamamən dağıdılmış rayon və şəhərlərimizdə müvafiq inzibati idarəçiliyin qurulması tələb olunurdu:

 

“Bu məsələnin  həlli üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi institutu təsis edildi. İlk növbədə, Şuşa şəhəri, Qarabağ iqtisadi rayonu üzrə Prezidentin xüsusi nümayəndələri təyin edildi. Mayın 4-də isə Prezident İlham Əliyev Zəngilan rayonuna xüsusi nümayəndəsini təyin etdi”.

 

Deputat qeyd edib ki, Azərbaycan və İran hökumətləri arasında bu yaxınlarda əldə edilmiş razılaşmalara əsasən, Zəngilanda Araz çayı üzərində iki ölkəni birləşdirən yeni dəmiryolu və avtomobil körpüləri tikiləcək və beləliklə Naxçıvanla Azərbaycanın digər əraziləri İran vasitəsilə birləşəcək:

 

“Təbii ki, bu Zəngəzur dəhlizinə paralel olmaqla Naxçıvanla əlaqələrimiz üçün əlavə imkanlar təmin edəcək, eləcə də beynəlxalq tranzit potensialımızı artıracaq. Bu kontekstdə Zəngilanda hazırda inşaası davam edən beynəlxalq hava limanı da vurğulanmalıdır. Zəngilan hava limanı bu il istifadəyə veriləcək. Qeyd edilənlər Zəngilanın beynəlxalq nəqliyyat-logistika qovşağına çevrilməsi istiqamətində kompleks yanaşmanın tətbiq edilməsinə dəlalət edir”.

 

A.Əliyev hesab edir ki, nəqliyyat sisteminin inkişafı Zəngilanı Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri baxımından vacib bir məntəqəyə çevirməklə bərabər, rayonun sosial-iqtisadi inkişafına ciddi töhfə verəcək. Nəqliyyat infrastrukturu Zəngilanın və ümumən Şərqi Zəngəzurun zəngin təbii resurslarının turizm potensialını reallaşdırmaq prosesini sürətləndirəcək. Digər tərəfdən isə Zəngilanın təbii ehtiyatlarından, o cümlədən qızıl yataqlarından səmərəli istifadə olunmasına şərait yaranacaq. İqtisadi inkişaf isə orada yeni iş yerlərinin açılması və əhalinin məskunlaşması deməkdir:

 

“Təsadüfi deyildir ki, keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş doğma torpaqlarına qayıtması, ilk olaraq Zəngilandan başlayacaq. Rayonun Ağalı kəndində inşa edilən “Ağıllı kənd” layihəsinin istifadəyə verilməsilə keçmiş məcburi köçkünlərin ilk qrupu bu il orada məskunlaşacaq. Geniş çeşidli, kompleks xarakterli layihələrin səmərəli icrası və qarşıya qoyulmuş məqsədlər müvafiq idarəçilik sisteminin qurulmasını tələb edir. Prezidentin beynəlxalq xarakterli strateji əhəmiyyət daşıyan Zəngilan rayonuna xüsusi nümayəndə təyin etməsi bu tələbi qarşılayan cavabdır”

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI