Çıxışım nazirliyin qurumlarının da üzərinə kölgə sala bilər

15:39 06-05-2022 | icon 512 | Siyasət
Çıxışım nazirliyin qurumlarının da üzərinə kölgə sala bilər

Pilot layihələri kimlər korrupsiya bataqlığına çevirdi?

 RAZİ NURULLAYEV
/MCP sədri, deputat/

 
 

Dünən Parlamentdə çıxış edən zaman tikinti sektoru, ümumilikdə biznes mühiti ilə bağlı ümumi danışaraq iqtisadi sahəni bütövlükdə hədəfə aldım. Bu həmkarlarım arasında, o cümlədən dövlət orqanları arasında haqlı narazılıq yaradıb və bunu qəbul edirəm. Məsələni konkret və ünvanlı demək vacibdir və bunu bu gündən sonra hər zaman nəzərə alacam. Çünki, şəffaf işləyən dövlət qurumları da çoxdur, şəffaf və dürüst işləyən məmurlarımız da az deyil. Bir çox nazirlik və idarələrdə ciddi irəliləyişlər əldə olunub.

 
 
İndi isə dünən çıxışımda yer alan ümumi məsələni konkretləşdirirəm.
 
 
Bildiyiniz kimi cənab Prezidentin tapşırığı ilə qəzalı və şəhərin arxitektura görünüşünə xələl gətirən köhnə tikililərin sökülməsi ilə bağlı pilot layihələr həyata keçirilməyə başladı. Cənab Prezidentin məqsədi vətəndaşların daha gözəl şəraitdə yaşaması və şəhərimizin daha da gözəlləşdirilməsi idi. Hər kəs də bilir ki, Prezident bu məsələlərə xüsusi həssaslıqla yanaşır.
 
 
Pilot layihələr geniş vüsət aldı və sahibkarların da dediyi kimi onlar icra hakimiyyətlərinin “pulsuz sərəncam” verməsinə çox sevindilər. Doğurdan da ilk vaxtlar hər şey pulsuz oldu və iş adamlarına köməklik göstərildi. Bir az vaxt keçəndən sonra iş adamları hesaba otuzduruldu. Hər bloka görə 200 min manat “ödəniş”, bildiyimiz rüşvət.
 
 
Bu gün pilot layihələr demək olar ki, dayanıb. “Pulsuz sərəncam”lar isə dönüb olub böyük məbləğdə rüşvət kağızları. Hər blokdan 200 min manat, və hər layihədən ən azı 20 mənzil. Bu 20 mənzil də Baksovetə köçürülən 10% deyil. Heç bu 10%-in də, əslində əsası yoxdur. Əgər əsası varsa, niyə o istənilən 20 mənzilin adlara keçirilməsi üçün sahibkara 20 ədəd şəxsiyyət vəsiqəsi verilir və sonra da o mənzillər tezbazar maklerlərə verilib satdırılır, yaxud sahibkarın özünə satdırırlıb pul şəklində icra hakimiyyətlərinə verilir?
 
 
İki şirkətin və iki sahibkarın timsalında “pulsuz sərəncam”ların sirrini açıram, amma tükürpədici korrupsiya detallarını bura bir səbəbə görə qoya bilmirəm. Tez-tələsik izləri silib, bəzi yerlərə təzyiq edib, özlərini təmizə çıxarıb, başqalarını təhlükə altına qoymasınlar.
 
 
Ruslan Məmmədov İNTEKS MMC-nin təsisçisisidir. Nizami rayonu, Şirin Mirzəyev küçəsində “Comfort” yaşayış kompleksi tikir. Bu şəxsin qanunsuz olaraq tikintisi dayandırılır. Hədə-qorxu gəlinir. Aidiyyatı olmayan idarələr qanunsuzluq edib kimlırinsə əlinə oynayır. Məndə kiçik detallara qədər bütün proseslər var. O detalları yazmıram, çünki bu artıq istintaq məsələsi olmalıdır və aidiyyatı üzrə təqdim edəcəm.
 
 
Eyni sahibkarın Nizami rayonunda daha bir başıbəlalı tikintisi, həm də Nərimanov rayonunda tikintisi var.
İkinci sahibkar Ceyhun Quliyevdir, Vesta Construction MMC-nin sahibi. O da Nizami rayonu, Şirin Mirzəyev küçəsində tikir və yuxarıda təsvir olunan biabırçı hallarla qarşılaşır. Adama qarşı ləyaqəti alçaldan hərəkətlər də edilir. Bunu kimlər etdirir, niyə və hansı əsasla?
 
 
Əminəm ki, pilot layihə nəzərdə tutulduğu formatda getsəydi, indi Bakıda yüzlərlə gözəl, yaraşıqlı tikinti, on minlərlə iş yeri və on minlərlə vətəndaş da daha rahat mənzilə sahib olardı. Şəhərin qəzalı və yaraşıqsız binalarının yerində gözəl binaların tikilməsinə və vətəndaşların həyat şəraitinin yaxşılaşmasına xidmət edən ən gözəl təşəbbüslərdən biri olan pilot layihələri kimlər korrupsiya bataqlığına çevirdi?
 
 
Bu məsələ üzərində ciddi şəkildə işləməkdəyəm, mətbuat nümayəndələrini də pilot layihələr barədə araşdırmalar aparmağa və konkret faktları cəmiyyətə təqdim etməyə səsləyirəm. Bütün tikilən layihələrlə bağlı araşdırma aparmaq, faktları toplamaq və ictimaiyyətin müzakirəsinə vermək üçün hər kəsdən kömək gözləyirəm.
 
 
Bir məsələni də qeyd etmək istəyirəm. Çünki dünənki çıxışım İqtisadiyyat nazirliyinin də qurumlarının üzərinə kölgə sala bilər. Hər gün onlarla iş adamı ilə söhbət edirəm və Vergi xidmətindən narazılıq eşitmirəm. Sadəcə, vaxtında vergini ödə, illərlə vergi məmurunun üzünü belə görüb tanımayacaqsan. Narazılıq edən olsa da, vergi yükünün çoxluğundan edir, bu isə tam başqa məsələdir. Əsas odur ki, Vergi sistemində ciddi şəffaflıq yaranıb. Buna görə çox şadam.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI