“Rusiya bununla da Paşinyandan istədikərini almaq istəyir"

15:09 07-05-2022 | icon 683 | Geopolitika
“Rusiya bununla da Paşinyandan istədikərini almaq istəyir"

 Teymur Qasımlı: “...Amma Paşinyan bu etirazlara qarşı yaxşı hazırlaşıb”

 

“Ermənistandakı hazırki vəsiyyəti vaxtilə Levon Ter Petrosyanın devrilməsi situasiyasına oxşadıram. O da Azərbaycanla sülhə gəlirdi, işğalda olan torpaqların qaytarılması ilə bağlı razılıqlar vermişdi. Amma, Ermənistanda aləmi bir-birinə vurdular, müxalifət ayağa qalxıb parlamendə hücum edib bu işi yarımçıq bitirdi”.

 

Versus.az xəbər verir ki, bunu politoloq Teymur Qasımlı Ermənistan müxalifətinin başladığı etiraz aksiyalarının arxasında dayanan maraqları,  istəkləri şərh edərkən bildirib.

 

Politoloq indiki prosesdə Rusiyanın Ermənistan müxalifətində yeni bir fiquru ortaya çıxarmaq cəhdlərini qeyd edib. Onun sözlərinə görə, Rusiya bundan əvvəl Ohanyan, Sarkisyan və Köçəryanı önə verərək onlardan istifadə edirdi:

 

“İndi  Rusiya “b”planı olan Paşinyanın vaxtında vəzifədən azad etdiyi Milli Təhlükəsizlik xidmətinin keçmiş rəhbərini dövriyyəyə buraxıb. Paşinyanın Moskva səfəri zamanı çox güman ki, Rusiyanın istəkləri olub. Lakin Rusiya Ermənistanda özünü aktiv göstərə bilmir. Çünki başı Rusiya -Ukrayna müharibəsinə qarışıb və tükənib.  Rusiyanın yanında Ermənistan, Şimali Koreya, Belarus dan başqa keç kəs yoxdur. Ermənistana qarşı sərt təpki onu da Qərbə yönləndirə bilər”.

 

T.Qasımlı hesab edir ki, görünən budur ki, Rusiya Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarında konkret Qərbin, Avropanın iştirak etməsindən bərk narahatdır. Ona görə də Ermənistanın daxilində olan qüvvələrdən Paşinyanı devirmək üçün təzyiq vasitəsi kimi istifadə edir:

 

“Rusiya bununla da Paşinyandan istədikərini almaq istəyir. Məsələn, hazırda Ermənistanın Amerikadakı diasporu ilə Paşinyanın belə bir böyük problemi yoxdur. Rusiya diasporası ilə problem ola bilər. Rusiyada məhşur milyonçu olan Rubenin Qarabağa səfəri, eləcə də separatçı, cinayətkar Araik Ariutunyanla Paşinyan arasında keçirilən görüş burda təsirlərin daha çox hardan gəldiyini göstərir.

Eləcə də, Türkiyə- Ermənistan münasibətlərindən danışarkən dəfələrlə deyirdik ki, bu, Rusiyanın xeyir-duası ilə gedir. Amma nə zamana qədər belə davam edə bilər? Nikol Paşinyan hakimiyyəti son zamanlarda Rusiyanın icazəsi ilə arzulamadığı şəkildə Türkiyə ilə münasibətlər qurur. Levon Ter-Petrosyanın sadiq adamının Ermənistanda prezident seçilməsi. Daxili işlər nazirliyində keçirilən kollegiya iclasından sonra müxalifətin nəzarətə götürlüməsi və sair addımlar onu göstərir ki, Paşinyan bu etirazlara qarşı yaxşı hazırlaşıb”.

 

Politoloq  eyni zamanda Qarabağda münaqişənin tam həll olunmasında əsas maniə kimi Rusiyanın apardığı siyasətin dayandığını qeyd etməklə müəyyən məqamlara diqqət çəkib:

 

“10  noyabr sazişindən sonra hər gün deyilir ki, Qazaxın 7 kəndi məsləsi, Naxçıvanın Kərki kəndi bizə qaytarılacaq. Lakin görünən odur ki, qayıtmır.  İndi Rusiya təzə oyun ortaya atıb “bizə bir şey ver, qaytarım”... Yəni  Rusiya burda münaqişənin bitməsini istəmir. Amma bəzi adamlar Nikol Paşinyanı sadəlöhv kimi təqdim etsə də, bu belə deyil.  Nikol  Paşinyan Rusiyaya gedib əl yerini qoyub öz bildiyini edir. Nikol Paşinyan yenidən hakimiyyətdə möhkəmləndikdən sonra etiraz aksiyalarının qarşısı alınacaq”.

 

T.Qasımlı bildirib ki, Paşinyanın silahlı çevrilişlə devrilməsi, sui-qəsd edilməsi də gözləniləndir:

 

“Diqqət etdin: Ermənistanın baş qərargah rəisi üsyan qaldırdı, amma qarşısı alındı. Görünən odur ki, Paşinyanın arxasında Fransanın, ABŞ-ın dəstəyi var. Başqa görünməyən dəstək verən qüvvələr də var ki,  Paşinyan qorunur. Digər tərəfdən Qarabağ klanından kənar Paşinyandan başqa alternativ lider varmı. Ona görə xalq Paşinyanın ətrafındadır köhnə klandan da bezib”. /hafta.az/

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”