33 nəfər həlak olub
Ukrayna polisi təxliyə karvanlarının rusiyalı hərbçilər tərəfindən atəşə tutulması ilə bağlı 74 cinayət işi açıb.
Bu barədə polisin təşkilati, analitik təminat və operativ cavab departamentinin rəhbəri Aleksey Sergeyevin media mərkəzində verdiyi açıqlamada deyilir.
Məlumata görə, ümumilikdə 45 atışma qeydə alınıb ki, burada da beşi uşaq olmaqla, 33 nəfər həlak olub.
Onun sözlərinə görə, polis 1,5 milyondan çox vətəndaşın təxliyyəsinə yardım edib.
O, həmçinin əlavə edib ki, hazırda Donetsk, Luqansk, Xarkov və Zaporojye vilayətlərinin polisləri sakinlərə hərbi əməliyyatların aparıldığı ərazini “yaşıl dəhlizlər”dən keçərək tərk etməsinə köməklik göstərir.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"