"Onlar demaqoqiya ilə məşğul olanlardır"

08:38 12-05-2022 | icon 396 | Siyasət
"Onlar demaqoqiya ilə məşğul olanlardır"

Nizami Verdiyev: "Nə bizə dəstək verir, nə də özü irəliyə çıxır"

 

Bu gün bir çox siyasi partiyalar hər hansı fəaliyyət proqramı ortaya qoymadan, bəziləri isə populist çıxışları ilə fəaliyyət göstərir. Partiyalar cəmiyyət arasında hansı yeni körpüləri yaradır?

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev bildirib ki, öz fəaliyyətini yalnız iqtidarı tənqid ətrafında qurub, gündəmdə qalmaq istəyən partiyalar hər kəsə bəllidir.

 

ALDP funksioneri qeyd edib ki, məlum olduğu kimi müxalifət iqtidarın səhvlərini deyən, ona rəqib siyasi tərəfdir:

 

"Biz hamımız müxalifət olaraq müəyyən problemlərlə bağlı hakimiyyətə tənqidlə yanaşır və məsələlərin həllini tapması tələbləri ilə çıxışlar edirik. Sadəcə olaraq bunun formaları fərqlidir. Cəmiyyətimizdə müəyyən bir kəsim var ki, prezident seçkilərindən sonra “bizi irəliyə, mübarizəyə aparmaq üçün güclü lider lazımdır”- deyə, öz fikirlərini deyirlər. Partiyamızın sədri Fuad Əliyevə, mənə də belə müraciətlər olub. Mən deyirəm ki, Fuad Əliyev sizin qaldırdığınız hər hansı məsələ ilə bağlı öndə getməyə hazırdı, amma siz də gəlin. Cavabları bu olur: “mənim nəyimə lazımdır”. Biri də deyir ki, dükan işlədir, ayrıla bilməz və sair. Bu da onu göstərir ki, insanların özlərinin də öz problemlərinə qarşı laqeyd yanaşmaları var. Axı həyatını yaxşı yöndə dəyişmək istəyən vətəndaş ona mane olan problemləri qabartmalı, özünün etirazını bildirməlidir. Və təbii ki, mən bildirmişəm ki, əgər haqlarınızın müdafiəsinə qalxa bilsəniz, liderləri öz içərinizdən tapacaqsınız. Düşünürəm ki, tənqid də ağıl və məntiqlə olmalıdır".

 

Cəmiyyətin tramplinləri sayılan ictimi-siyasi təşkilatların arzu etdikləri liderdən nə gözlədiklərinə gəlincə, N.Verdiyevin fikrincə, güya lider axtaran, lakin özünün işi olduğunu deyib, kölgədə qalmaq istəyənlər sadəcə demaqoqiya ilə məşğul olanlardır:

 

"Lider “axtarışları” onun bizi müxalifətçi kimi ittihamlamaq istəyindən yaranır. Təbii ki, bu da növbəti bir yanlışlıqdır. İnsanlar onu əhatə edən problemlərin həllinə nail olmaq üçün hər hansı nazirlə birbaşa təmas qura bilmirlər. Unudurlar ki, normal dinc şəraitdə aksiyalar keçirib öz sözünü lazımı yerlərə çatdırmaq imkanı var. Amma vətəndaş buna da etinasız yanaşır. Biz isə partiya olaraq toplaşaraq müəyyən məsələlərlə bağlı bəyanatlar verir və hakimiyyətin bütün səhv addımlarını, nöqsanlarını açıqlayırıq. Ən azından biz bunu edirik. Vətəndaş olaraq sənin hüquqların pozulur, çoxlu problemlərin var, amma bununla bağlı heç nə etmək istəmirsən. Öz məsələnə dedi-qodu, mətbəx söhbəti kimi yanaşırsan. Yəni o bu gün bizə nə dəstək verir, nə də özü irəliyə çıxmır".

 

N.Verdiyev ALDP-nin bir qədər aktiv partiyalarla əməkdaşlıqlar qurmaması fikirlərinə də aydınlıq gətirdi:

 

"Hesab etmirəm ki, ALDP aktiv partiya deyil. Əksinə, 2-3 partiya, o cümlədən biz hər gün müxtəlif məsələlərlə bağlı öz mövgeyimizi bildiririk. Biz əməkdaşlığa hazırıq. Görünür onlar hələ ki, hazır deyillər".

  

Məlumdur ki, bir çox siyasilər artıq “Parlament müxalifəti” deyilən anlayışın yox olduğu qənaətindədir. N.Verdiyev vurğulayıb ki, hakimiyyəti bir partiya təmsil edir:

 

"Digər partiyalar isə müxalifət hesab olunur. Yəni iki yönümlü partiya var - iqtidar, müxalifət. Milli Məclisdə olan partiyalar əksəriyyəti iqtidaryönlüdür. Amma ayrı-ayrı çıxışlara diqqət çəksək, BAXCP sədri Qüdrət Həsənquliyevin, MCP sədri Razi Nurullayevin, BQP sədri Fazil Qəzənfəroğlunun müxalifyönlü çıxışları olur".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI