Ürəyinizin səsini eşidirsinizsə…

15:26 09-01-2019 | icon 970 | Sağlamlıq
Ürəyinizin səsini eşidirsinizsə…

 

Versus.Az Taxikardiya - loru dillə desək insanın öz ürək döyüntülərini hiss etməsi və eşitməsidir. Bu hiss normal atan və ritmi düzgün olan ürəkdən xəbər verdiyi kimi, ürəkdəki ritm probleminin göstəricisi ola bilər. Həyəcanlandıqda, eyforiyaya düşdükdə, yaxud qan təzyiqi yüksəldikdə əmələ gələn atışlar fizioloji cavab olaraq taxkardiya yarada bilər.

Bundan başqa, anemiya və dərmandan istifadə ürək ritmini artıraraq taxikardiyaya səbəb ola bilər. Həyəcanlanma, idman, həddən çox çay, qəhvə istehlakı, siqaret, nikotin, spirtli içki də bunu tətikləyən amillərdəndir.

Qorxu və narahatlıq, qəfil ölüm riskinə diqqət

Ritmin anidən yüksəlməsi ürəyin dayana biləcəyi fikrini yaratdığı üçün taxikardiya yaşayan insanın yaxınları qorxu və narahatlıq keçirir. Halbuki adi ürək ritmini taxikardiyadan ayırd etmək mümkündür. Lakin ürək ritmləri artan şəxslərdə tutmalar qısa müddətli və seyrək olursa, o zaman təsbit çətinləşə bilər.

Ritm pozuntusu olan şəxslərdə həm də taxikardiyanın göstərici olan bu əlamətlər ciddiyə alınmalıdır:

Ritm pozuntusu olan insanlarda rast gəlinən taxikardiya adətən qəfildən başlayır.

Taxikardiya səbəbindən asılı olaraq qısa, yaxud uzun müddətli ola bilər.

 

Eyforiya bunu tətikləyə bilir, amma adətən durduğu yerdə başlayır, bəzən isə yuxudan ayıldacaq qədər güclü olur.

Ritm pozuntusu ilə bağlı digər əsas göstəricilərdən biri ürəkgetmə, yaxud baş gicəllənməsidir.

Ritm pozuntusu ilə əlaqəli ürəkgetmələri taxikardiya müşayiət edir.

Xüsusilə ürək problem olan, ailəsində erkən yaşda qəfil ölüm olan şəxslərdə taxikardiya ilə yanaşı, yalnız ürəkgetmə olması ritm pozuntusunun təhlükəli həddə olmasından xəbər verir.

Ritm pozuntusu riski olan şəxslərdə bəzən ilk əlamət qəfil ölüm ola bilər. Ürək problem olan və ailə üzvlərindən biri qəfil itirən şəxslər isə xüsusilə ani ölüm təhlükəsi altındadır. Bu şəxslər sağlamlığına xüsusi diqqət yetirməli, ürək döyüntülərini eşitdikdə mütləq kardioloqa müraciət etməlidir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI