İqtidar-müxalifət dialoqu sağlam rəqabətə APARIR

17:07 13-05-2022 | icon 644 | Siyasət
İqtidar-müxalifət dialoqu sağlam rəqabətə APARIR

Nizami Verdiyev: "Siyasi islahatlarla bağlı bir neçə təklif vermişik"

 

“Müxalifət illər boyu iqtidar-müxalifət siyasi dialoqunun başlamasını istəyib. 2019-cu ilin noyabrında Prezident Administrasiyasının yeni strukturu təsdiqləndikdən, ilk dəfə olaraq, Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbə yaradıldıqdan, Prezident İlham Əliyevin sərəncamı ilə Ədalət Vəliyev həmin şöbənin müdiri təyin edildikdən sonra dövlət başçısının iradəsi ilə sözün əsl mənasında iqtidar-müxalifət dialoqu baş tutdu.

 

Versus.Az xəbər verir ki, bunu siyasi dialoqla bağlı açıqlamasında açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev bildirib.

 

 

Nizami Verdiyev qeyd edib ki, iki il ərzində həm onlayn, həm də şəxsi görüşlər baş tutub:

 

"Bu tədbirlər zamanı ALDP sədri Fuad Əliyev tərəfindən bir çox məsələ qaldırılıb və həllini tapıb. Bu, Prezidentin iradəsi ilə reallaşan iqtidar-müxalifət dialoqunun hər bir vətəndaşın xeyrinə olduğunu göstərir”.

 

Siyasi dialoqun mütəmadi təşkilini yüksək qiymətləndirdiyini söyləyən Nizami Verdiyev sözügedən dialoqun davamlılığının tərəfdarı olduğunu vurğuladı:

 

“Ümid edirəm ki, indi postpandemiya dövründə siyasi dialoq daha intensiv xarakter daşıyar. Çünki bu dialoq nəticəsində iqtidar-müxalifət münasibətlərinin yaxşılığa doğru dəyişməsinin şahidi oluruq. İstərdim ki, bu münasibət daha da yaxınlaşsın və dərinləşsin".

 

Partiya rəsmisi vurğuladı ki, ALDP olaraq siyasi islahatlarla bağlı bir neçə təklif veriblər:

 

“Hətta parlamentin proporsional sistem əsasında seçilməsi ilə bağlı Administrasiyaya təkliflər göndərmişik. Ümid edirəm ki, bu istiqamətdə yenilik olacaq. Yəqin ki, qarşıdan gələn aylarda bu və digər məsələlər müzakirəyə çıxarılacaq. Hesab edirəm ki, bu, gələcəkdə partiyaların fəaliyyətinə təkan verəcək,  partiyalararası münasibətlər də düzələcək, sağlam rəqabət olacaq. Bu da partiyaların inkişafına gətirib çıxaracaq".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür