"Bu insanları işlə təmin etmək üçün iş yerləri olmalıdır" - TƏLƏB

18:04 13-05-2022 | icon 661 | Siyasət
"Bu insanları işlə təmin etmək üçün iş yerləri olmalıdır" - TƏLƏB

Razi Nurullayev: "Maliyyə amnistiyası qəbul etməliyik ki, kütləvi iş yerləri yaransın"

 

Deputat Razi Nurullayev İmişli rayon Rəsullu kənd sakini, 1969-cu təvəllüdlü Kərimov Nifti Malik oğlunu parlamentdə qəbul edib, qayğılarını dinləyib.

 
 
 
Versus.Az xəbər verir ki, Razi Nurullayev vətəndaşla görüşünü ictimailəşdirərək bu insanların işlə təmin olunmaları üçün iş yerlərinə ehtiyac duyulduğunu vurğulayıb.
 
 
 
Deputat qeyd edib ki, Nifti Kərimov 2018-ci ildə Məşğulluğa müraciət edib, bu il 3 ay öncə iş üçün ərizə yazıb:
 
 
 
"Belə adamlar yüzlərlədir. Nifti kişinin həyat yoldaşı işləmir, evdar qadındır, özü isə üçüncü qrup əlildir. Özünün də dediyi kimi, aldığı 120 manat gözlərinin müalicəsinə yetmir. Qızı da ailə problemləri ucbatından atasının yanına dönüb.
 
Bu insanın geyiminə, vizual görünüşünə baxanda hansı çətinliklər içində yaşadığı görünür. Əlavə şərhə ehtiyac yoxdur.
 
Bu insanları işlə təmin etmək üçün iş yerləri olmalıdır. O da yoxdur, bir-iki yer üçün də yüzlərlə insan gözü baxır. Bəs nə edək?"
 
 
Razi Nurullayev çıxış yolu üçün iki məsələyə diqqət çəkib:
 
 
"Birincisi, Məşğulluq xidmətinin fəaliyyətində ciddi problemlər var. Ola bilsin ki, problemlər onlardan asılı olmayan məsələlərdən qaynaqlanır. Bu məsələnin müzakirəsini aparmaq lazımdır, nə qədər nəticəsizlik olar axı? Dövlət Məşğulluq Agentliyinin rəhbər heyəti ilə gözəl münasibətlərimiz var və onların dürüstlüyünə heç bir şübhəm də yoxdur. Sadəcə, hər şey şəffaflıq, dürüstlük, qanunpərəstlik, kağız-kuğuzla da olmur. Bunlar təbii ki, vacib meyarlardan biridir, amma gözlə görünə bilən nəticələr olmayanda, qiymətləndirmək çətindir.
 
İkincisi, kütləvi iş yerlərinin yaranması üçün dövlət birmənalı bizneslə məşğul olmaqdan kənarda dayanıb, yalnız və yalnız tənzimləyici, nizamlayıcı və nəzarətçi rolunda olmalıdır. Bunun üçün gərək rəsmi və qeyri-rəsmi qadağalar aradan götürülsün.
 
Niyə Azərbaycanda rəsmi milyoner və milyarderlər yoxdur? Onlarla var, amma gizlənir, çünki qorxur. Biz bu yolu açmalıyıq. Ancaq və ancaq ölkəyə qaytarılan və sərmayə şəklində yatırılan vəsaitlər üçün maliyyə amnistiyası qəbul etməliyik ki, kütləvi iş yerləri yaransın. Bunun üçün ən yaxşı zamandır, onsuz da xaricdə də pul saxlamaq artıq təhlükəlidir, bir gün tutub ya əlindən alacaqlar, ya da sanksiya qoyub donduracaqlar".
 
 
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol