“Ağrılar ən çox dizlərdə, bud və çanaqda müşayiət olunur”

15:00 12-05-2022 | icon 646 | Sağlamlıq
“Ağrılar ən çox dizlərdə, bud və çanaqda müşayiət olunur”

Nərminə Abbasova: “Bu zaman fizioterapevtik müalicələr daha səmərəli nəticələr verir”

 

“Oynaq ağrısı özü bir simptomdur və hansısa xəstəliyin fonunda yaranır. Səbəblərdən bəhs edəndə ilk növbədə travmadan sonra yaranan ağrılar, revmatik xəstəliklərin fonunda və infeksion xəstəlikləri zamanı, eləcə də yaşla əlaqədar osteoartrit və osteartroz zamanı yaranan oynaq ağrılarını qeyd etmək olar. Həmin ağrılar xəstənin normal hərəkətini məhdudlaşdırır”.

 

Oynaq xəstəlikləri ilə bağlı Versus.Az-ın oxucularına ümumi məlumat verən MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt NƏRMİNƏ ABBASOVA bildirdi ki, oynaqlarda yaranan ağrılar çoxlarını narahat edən problemdir.

 

Həkim terapevtin sözlərinə görə, həmin ağrıların səbəbləri kimi müalicə üsulları da fərqlidir və onlar rentgen, ultrasəs, laborator metodlarla müayinə nəticəsində müəyyən edilir. Nərminə xanım bildirdi ki, oynaq ağrıları çox vaxt kəskin infeksiyaların əlaməti sayılır:

 

Oynaqda ağrı hiss etdikdə mütləq həkimə müraciət etmək lazımdır. Çünki nə qədər tez müraciət olunarsa, problem də o qədər tez aradan qaldırılar”.

 

“Müalicəvi idman prosedurları da faydalıdır

 

Həkim bildirdi ki, yaşla əlaqədar osteartrit və osteartroz zamanı ağrılar ən çox dizlərdə, bud və çanaqda müşayiət olunur:

 

 

“Bu zaman fizioterapevtik müalicələr daha səmərəli nəticələr verir. Maqnit sahəsi, zərbə dalğalı terapiya, lazer müalicəsi və digər prosedurlar icra olunur. Eyni zamanda müalicəvi idman prosedurları da faydalıdır. Müalicəvi idmanın əhəmiyyəti odur ki, əzələ nə qədər güclü olursa, oynağa düşən yük də o qədər azalır”.

 

N.Abbasova onu da qeyd etdi ki, oynaq ağrıları xroniki deyilsə, onu evdə də müalicə etmək olar. Həkim-fizioterapevtin sözlərinə görə, əgər yüngül ağrılar varsa, davamlı deyilsə və normal hərəkəti məhdudlaşdırmırsa, onda xəstə evdə ağrıkəsicilərdən istifadə edə bilər:

 

Ağrılar 72 saatdan artıq davam edirsə...

 

“Bəzi vaxtlar ağrılı nahiyəyə buz və ya isti islatma qoymaq olar. Lakin ağrılar 72 saatdan artıq davam edirsə, mütləq həkimə müraciət olunmalıdır. Oynaqları qorumaqla artrit və artroz kimi xəstəliklərə tutulma riskini azaltmaq olar. Bunun üçün ilk növbədə hər gün açıq havada bir saat gəzmək və çoxlu maye qəbul etmək lazımdır”.

 

 

Sonda həkim-terapevt oxucularımıza həyat keyfiyyətini sıfıra endirən dözülməz bel ağrılarının azalmasına yardım edəcək təbii üsullar təqdim etdi. Amma

 

həkim qəti şəkildə xəbərdarlıq etdi...

 

Ki, bu üsulları tətbiq etməzdən öncə mütləq həkimlə məsləhətləşmək lazımdır.

 

Beləliklə təbii üsulları təqdim edirik:

 

 

Söyüd qabığı: Araşdırmalar, aspirinlə eyni kökdən olan söyüd qabığının ağrıların azaldılmasında daha effektli olduğunu müəyyən edib.
 

Hindqozu yağı: Ağrıları azaltmaqda çox effektlidir. Apteklərdən alacağınız hindqozu yağından sadəcə 3 damcı istifadə etməniz bəs edər. 50 ml zeytun yağı və üç damcı hindqozu yağını qarışdırıb ağrıyan bölgəyə gündə üç dəfə yüngülcə masaj edin.
 

Kapsaisin: Bibərə aclıq verən kapsaisin ağrıları sakitləşdirir. Bibər nə dərəcə acıdırsa, tərkibindəki kapsaisin bir o qədər yüksəkdir. Bu kremlə ağrıyan bölgəyə gündə üç dəfə masaj edin. Bir az yandıracaq, əgər alergiyanız yoxdursa, bunu önəmsəməyin.
 

B12 vitamini: Bu vitamin sinirlərin ətrafında qoruyucu bir təbəqə yaradır. Gündə 1-2 mg B12 vitamini ağrılarınızı sakitləşdirmək üçün kifayət edər.
 
Oynaq ağrılarınızı sakitləşdirin... Oynaqlarımız bütün skelet sistemimizin ən mühüm parçasıdır. Yaşın irəliləməsi ilə təbii yağlanma və qığırdaq funksiyasının azalması kimi səbəblərdən dolayı oynaqların qüsursuz səthi korlanır. Bu da dözülməz ağrıları bərabərində gətirir.
 

Oynaq ağrılarından şikayəti olanlara daha bir faydalı üsul isə zəncəfillə hazırlanır. Belə ki, zəncəfilin tərkibindəki yağlar oynaqlardakı iltihabı azaldır. İsti su və limonad kimi faydalı içkiyə qarışdıra bilərsiz. Yeddi gün boyunca bir çay qaşığı zəncəfili bir stəkan içkinizə qarışdırın. Zəncəfil kapsullarını gündə 1-4 qr olmaqla qəbul edin.

 

 

 

DİQQƏT!

 

Həkim terapevt Nərminə Abbasova oynaq ağrılarından əziyyət çəkən hər kəsi müalicə üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.

 

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI