“ASAN Login”lə üz tanıma sisteminin tətbiqinə BAŞLANILIR

11:14 16-05-2022 | icon 331 | Cəmiyyət
“ASAN Login”lə üz tanıma sisteminin tətbiqinə BAŞLANILIR

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA yeni nəsil rəqəmsal imzanın “ASAN Login” Vahid Giriş Sisteminə inteqrasiyası yekunlaşıb.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “ASAN Login” Vahid Giriş Sistemi üzərindən müraciət edilən dövlət xidmətləri indi SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə daha əlçatan olacaq.

 

"ASAN xidmət"dən Versus.az-a verilən əlumata görə, vətəndaşlar SİMA vasitəsilə “ASAN Login”ə daxil olmaqla ( //asanlogin.my.gov.az/auth ), bura inteqrasiya olunan 80 portal və sistemə vahid məkandan giriş-çıxış imkanı əldə edəcəklər. 

 

SİMA-dan istifadə vətəndaşlara heç yerə getmədən, vaxt itkisinə yol vermədən, eləcə də imza üçün vəsait sərf etmədən xidmət əldə etməyə imkan verəcək. Bu xidmətlərə “ASAN Loginə”ə inteqrasiya olunmuş “myGov”, “ASAN ödəniş”, "e-Sosial", "e-Agro", "e-Satınalma", "e-Hərrac", İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, ADRA, Azərbaycan Respublikası Mərkəzi Bankının Elektron Müraciətlər Sistemi, eləcə də digər sistemlər üzərindən göstərilən xidmətlər daxildir. Hazırda qeyd olunan portallar üzərindən təqdim edilən xidmətlər üçün sənədlərin SİMA ilə imzalanmasına dair inteqrasiya davam edir.

 

SİMA vasitəsilə imza tələb olunan bütün elektron xidmətlərdən yararlanmaq mümkündür. SİMA-nın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Mobil tətbiqlə işləyən imzanın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı qazandırır.

 

“ASAN Login”də SİMA ilə yalnız giriş etmək mümkan olacaq. Yeni nəsil rəqəmsal imzanı əldə etmək üçün isə SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.

 

SİMA rəqamsal imza ilə bağlı daha ətraflı məlumatı sima.az saytından və 157 Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI