Fərhad Qaraşov: "Keçmişdə Azərbaycanda 70-yə yaxın nar sortu olub"

16:51 09-01-2019 | icon 401 | Cəmiyyət
Fərhad Qaraşov: "Keçmişdə Azərbaycanda 70-yə yaxın nar sortu olub"

 

Azərbaycanda əvvəllər yetişdirilən nar sortları yenidən bərpa olunacaq.

Versus.Az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov deyib.

F.Qaraşovun sözlərinə görə, ümumiyyətlə, keçmişdə Azərbaycanda 70-yə yaxın nar sortu olub:

"Lakin illər ötdükcə bu genom azalmağa başlayıb, nar bağları məhv edilərək əvəzində xurma ağacları əkilib və yaxud baxımsızlıq ucbatından quruyub".

 

Sədr bildirib ki, hazırda Azərbaycanda 20-yə yaxın nar sortu var:

"Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə genomun yenidən bərpası üzərində işləyirik. Bu məsələ ilə bağlı təkliflər planı da hazırlanır. Nazirlik həmin sortların geri qaytarılması məsələsinə çox ciddi yanaşır".

Qeyd edək ki, 2017-ci ildə ölkədə 165 min ton nar istehsal olunub, ixracdan əldə edilən gəlir

isə 10 milyon dollar təşkil edib. Məhsul əsasən MDB və Avropa ölkələrinə, eləcə də az miqdarda ABŞ və Avstraliyaya ixrac edilib. Proqnozlara görə, nar istehsalının 190-200 min tona çatacağı gözlənilir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ermənistanın buqələmun siyasəti

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?