Türkdilli dövlətlər arasında münasibətlərin inkişafına TƏSİR

09:27 17-05-2022 | icon 337 | Siyasət
Türkdilli dövlətlər arasında münasibətlərin inkişafına TƏSİR

Nizami Verdiyev: "Siyasi proseslər ölkələrimizin qardaşlığını möhkəmləndirib"

 

Türkiyə-Azərbaycan qardaşlığı hər iki ölkə rəhbərinin apardığı müdrik və uzaqgörən siyasətin nəticəsidir. Dünyada və regionda gedən siyasi proseslər hər iki ölkənin qardaşlığını möhkəmləndirib, sarsılmaz edib. Hər iki dövlət bu proseslərdə eyni mövqe nümayiş etdirib.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında ALDP Rəyasət Heyətinin katibi Nizami Verdiyev deyib.



O, qeyd edib ki, Türkiyə bütün sahələrdə Azərbaycanın mövqeyini dəstəkləyib:

 

 

"Azərbaycan–Türkiyə əlaqələri ulu öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” tezisinə əsaslanır. Yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan–Türkiyə münasibətləri daim güclənir. Eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin daim inkişaf etməsinə şərait yaradır. Müttəfiqlik haqqında Şuşa bəyannaməsi Qars müqavilısinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirdi, iki xalqın tarix, soykök, din, dil, mədəniyyət birliyinə söykəndiyini bir daha təsdiqlədi, ölkələtimiz arasında dostluq və qardaşlığın nümunəvi xarakterini bütün dünyaya nümayiş etdirdi".



N.Verdiyev onu da bildirib ki, Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün də mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına da güclü təsir göstərir:

 

"Eyni zamanda, Cənubi Qafqaz və Qara dəniz kimi strateji əhəmiyyətli regionlarının geoiqtisadi mənzərəsini dəyişməyə qadir olan Azərbaycan və Türkiyə beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı aktorlardır".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI