Moskva Putini xəstə adı ilə göndərir

12:44 17-05-2022 | icon 460 | Dünya
Moskva Putini xəstə adı ilə göndərir

 

 

 

 

"Rusiya özünü dünyaya fövqəl dövlət kimi tanıtdığı üçün və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvü kimi öz təkəbbürünün qurbanına çevrilir".

 

 

Versus.az xəbər verir ki, bunu MCP SŞ-nın üzvü, siyasi şərhçi Vüqar Dadaşov Rusiyanın indiki vəziyyəti və müharibədən çıxa bilməməsi səbəblərinə toxunarkən bildirib.

 

 

Onun sözlərinə görə, bu məsələdə Putin hakimiyyəti qədər rus xalqı özü də günahkardır.

 

"Rusiyanın öz milli baxışına, Putinin inadına və yaranmış beynəlxalq geosoyasi vəziyyətə görə Rusiya istəsə də müharibədən çıxma bilmir. Qərb özü də Rusiyanın müharibədən çıxmasına imkan vermir. Qərbin ssenarisinə uyğun olaraq Rusiya öz məhvinə doğru gedir. Belə bir vəziyyətdə, Rusiya üçün yeganə çıxış və Rusiyanın məhvinin qarşısının alınmasının yolu Rusiya prezidenti Vladimir Putinin hakimiyyətdən uzaqlaşdırılmasıdır. Ancaq Qərbin hədəfi əslində Putin yox, Rusiyanın özüdür. İndiki, vəziyyətdə Qərb çoxillik istəklərini reallaşdırmağa ən yaxın olduğu zamanda Rusiyaya özünə güzəşt ediləcəyi ehtimalı çox aşağıdır. Sözsüz ki, Putin hakimiyyətindən məhrum ediləcək. Ancaq Putinin hakimiyyətindən getməyi Çauşevski, Səddam Hüseyn nümunəsinə uyğun, yaxud başqa bir ssenari üzrə reallaşacaq. Hesab edirəm ki, ruslar Putinlə özləri məsələni həll edəcək və Rusiyanın Putin timsalında imicinin və dövlətinin tamamilə məhv olmasına qarşı olacaqlar. Ona görə də Putinin hakimiyyətdən kənarlaşdırılaraq ölkə daxilindən kənarda mühakimə edilməsinə imkan verilməyəcək".

 

 

 

V.Dadaşov hesab edir ki, Qərb bu cəza tədbirinim tətbiqindən asan əl çəkməyəcək.  Onun fikirncə, artıq Kremlin Putinin xəstə olması ilə bağlı informasiyanı dövriyyəyə buraxıb və hətta Moskva da 9 May Qələbə Günü keçirilən Paradda Putinin xəstə obrazı ictimayyətə açıq göstərdi.

 

 

"Bu isə o deməkdir ki, Putinin səhhəti ilə bağlı hakimiyyətdən gedəcəyinə hazırlıq gedir. Ssenari hələki, Putinin öz nəzarəti altındadır, ancaq Putindən asılı olmayaraq Rusiya siyasi elitası və xüsusi xidmət orqanları ssenarini dəyişə bilər və bu ehtimal əsas ağırlığa malikdir. Qərbin də Rusiya daxili prosesdə iştirakı istisna deyil. Bəzi məlumatlara görə Putinin əməliyyat olunacağı və səhhətinin ağırlığına görə əməliyyatdan salamat çıxmayacağı ehtimalı da var. Hər bir halda, Rusiya siyasi elitası Rusiyanın indiki vəziyyətdə tam məhv olmamasının yeganə çıxış yolu kimi, Putinin hakimiyyətdən kənarlaşdırılmasını görür. Ancaq, sonra yeni hakimiyyət üçün isə ağrılı qərarlar və əsaslı dəyişiliklər aparmaq, Rusiya dövlətinin işğalçılıq, şovinist, imperialist mahiyyətindən imtina etmək həm öhdəlik və həm vəzifə olacaq". 

 

Ləman

Versus.az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...