“Partiyamız Yeni Azərbaycan Partiyasını əvəzləyəcək”

14:43 17-05-2022 | icon 986 | Siyasət
“Partiyamız Yeni Azərbaycan Partiyasını əvəzləyəcək”

 Ramil Hüseynov: “Biz həmişə dövlətimizin, millətimizin adamı olacağıq”

 

 

Azərbaycan Dirçəliş və Tərəqqi Partiyasının rəhbərliyi Suraxanı və Xəzər rayon təşkilatlarının üzvləri, bir qrup Vətən Müharibəsi qazilərinin iştirakı ilə Binə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanını ziyarət ediblər. Partiya üzvləri və tərəfdarları toplantıya qatılaraq ölkədəki ictimi-siyasi, sosial vəziyyəti müzakirə edib, təkliflərlə çıxış ediblər.

 

 

Bu barədə Versus.az-a partiyadan bildirilib. Verilən məlumata görə, tədbir Dövlət Himni ilə başlayıb.

 

Məlumatda bildirilib ki, Azərbaycan Dirçəliş və Tərəqqi Partiyasının sədrinin birinci müavini Nurəddin Quliyev tədbiri açaraq, qarşıda duran məsələlər və hazırki siyasi vəziyyətlə bağlı məlumatlar verib. O, siyasi müxalifət partiyaların fəaliyyətindən də söz açıb. “Güclü müxalifət yoxdursa, orda nə güclü dövlət, nə də ədalətli hakimiyyət olar”-deyən N.Quliyev partiya olaraq Azərbaycan siyasətində yeni bir yol açdıqlarını qeyd edib.

 

Partiyanın  sədr müavinləri Təyyar Yəhyayev, Aybəniz Qafarlı və  rayon təşkilatının üzvləri çıxış ediblər.

 

T.Yəhyayev sosial problemlərə toxunub, gənclərin sağlam böyüməsi üçün dövlət qayğısının əhəmiyyətini vurğulayıb. O, bildirib ki, Azərbaycanda ən böyük məsələlərdən biri olan “uşaq pulunun” verilməsi problemi nəhayət həllini tapmalıdır.

 

“Əks halda, ailə bünövrəsində sağlam gələcəyin yetişməsi üçün böyük nöqsanlar üzə çıxır”-deyə, sədr müavini qeyd edib.

 

A.Qafarlı çıxışında gənclərin düzgün yetişdirilməsi və təhsilə xüsusi diqqətin ayrılmasının əhəmiyyətini qeyd edib. Xanım siyasətçi, dövlətin, millətin gələcəyinin təhsil üzərindən bərqərar olunduğunu vurğulayıb. O, “təhsilsiz millət məhvə məhkumdur”-deyə, bu gün əsas diqqətin təhsilin inkişafına yönəldilməsini vacib sayıb.  

 

Sonda partiyanin sədri Ramil Hüseynov dünyadaki siyasi vəziyyət və onun ölkəmizə təsirləri barədə partiya üzvlərini məlumatlandırıb. O, gələcək fəaliyyətlərinin daha da uğurla davam etdirilməsi üçün öz tövsiyyələrini iştirakçıların nəzərinə çatdırıb?

 

 

 

“Mən həmişə demişəm: Yeni Yolu seçən partiyamız Yeni Azərbaycan Partiyasını əvəzləyəcək”

 

“Biz heç kimin adamı deyilik, biz dövlətin və xalqın adamıyıq. Kimsə bizim adamımız olmaq istəyirsə, buyursun gəlsin adamımız olsun. Biz isə həmişə dövlətimizin, millətimizin adamı olacağıq” - R.Hüseynov bildirib.

 

 

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin