Bakıda güclü yanğınla bağlı RƏSMİ AÇIQLAMA

09:42 18-05-2022 | icon 266 | Hadisə
Bakıda güclü yanğınla bağlı RƏSMİ AÇIQLAMA

Dünən saat 22:29 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

 

Versus.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov deyib.

 

Onun sözlərinə görə, üçmərtəbəli bina taxta konstruksiyalı olduğu üçün ikinci dərəcəli yanğın çağırışı elan edilib:

 

“Yanğının söndürülməsinə ümumilikdə Xüsusi Riskli Xilasetmə Xidmətinin 18 texnika və 92 şəxsi heyəti cəlb edilib, 35 dəqiqə ərzində lokallaşdırılıb. Xilasedicilər tərəfindən təxminən yeddi nəfər təxliyə edilib. Yanğının kəşfiyyatı zamanı mənzildə bir nəfər qadın meyiti aşkar edilib. Yanğın zamanı üç mənzil və ümumi istifadədə olan eyvanlara ziyan dəyib”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"58 ildir bu işlə belə eşqlə məşğul oluram"

 Pensiya yaşı dəyişdiriləcəkmi?

Pensiyalarla bağlı bu şəxslər də SEVİNƏCƏKLƏR

“2023-cü ildən sonra o cür seriyalı danışıqlara qatılmayacağıq”

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin FIRILDAQLARI

TƏCİLİ: Böyrəyində problemi olanlar bunu oxusun

“Qərar ver, qol vur: Futbol meydanından ofislərə idarəçilik və liderlik dərsləri”

“Bu gün əldə olunan uğurlarımızla öyünə bilirik”

“Xarıbülbül” model agentliyi uşaqları dünyaya çıxarır

Yataqxanada olan ailələri məcburi köçürürlər?

Erməni həyasızlığının pik nöqtəsi

Laçına növbəti KÖÇ HAZIRLIĞI

"Qayıdışı könüllü həyata keçirilir və keçiriləcək"

Azərbaycanda üç “goreşən” saxlanıldı

Bu dəfə Çelik gəlir