Skype-da təhlükə

11:32 10-01-2019 | icon 412 | Maraqlı
Skype-da təhlükə

 

Kosovadan olan 19 yaşlı təhlükəsizlik tədqiqatçısı Florian Kunuşevsi "Android" sisteminin idarəetməsi altında işləyən qurğular üçün "Skype" proqramında kənar şəxslərə istifadəçiləri izləməyə imkan verən boşluq aşkar edib.

Tədqiqatçı "The Register" nəşrinə izah edib ki, bu boşluğun köməyi ilə haker bloklama ekranını keçə, şəkil, kontaktlara baxa və hətta brauzerin pəncərəsini aça bilər.
 
Versus.Az ICTnews-a istinadən bildirir ki, "Android" sisteminin idarəetməsi altında işləyən qurğu üzərində hüquq əldə edən kənar şəxs smartfonu blokdan çıxarmadan "Skype" zənglərə cavab verə bilər,  şəkil, kontaktlara baxa, mətn mesajları göndərə və hətta mesajdakı linkə keçməklə brauzeri aça bilər.
 
Tədqiqatçı sözügedən boşluğu ictimailəşdirməzdən öncə ötən ilin oktyabrında "Microsoft" şirkətinə bu barədə məlumat verib. "Skype" proqramının 23 dekabr 2018-ci ildə təqdim edilmiş versiyasında sözügedən problem artıq aradan qaldırılıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Hansı QADAĞALAR olacaq?

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı