“Şuşa – qürurum mənim!” SSENARİ MÜSABİQƏSİ

19:28 18-05-2022 | icon 712 | Film
“Şuşa – qürurum mənim!” SSENARİ MÜSABİQƏSİ

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı “Şuşa – qürurum mənim!” devizi ilə ssenari müsabiqəsi elan edib.

 

İttifaqın Mətbuat Xidmətinin rəhbəri Əli Vəliyev açıqlamasında bildirib ki, müsabiqənin keçirilməsinin məqsədi təqdim olunan ssenarilərdə Azərbaycan Ordusunun vətənin ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmanlıq mübarizəsini, gənclərimizin hərbi-vətənpərvərlik ruhunun daha da yüksəldilməsi ilə bağlı həyata keçirilən ideoloji-siyasi tədbirlərin səmərəliliyinin artırılmasına, arxa cəbhədə çalışan, Ordumuzun qarşısında duran vəzifələrin reallaşdırılmasına, Türk Dünyasının mədəniyyət paytaxtı olan Şuşanın simvolunu qoruyan və yaşadan fədakar Azərbaycan gənclərinin fəaliyyətini bütün əlvanlığı, obyektivliyi və romantik zənginliyi ilə əks etdirməkdir.

 

Müsabiqənin şərtləri aşağıdakı kimidir:

 

- 18-30 yaşadək bütün gənclər müsabiqəyə ssenari təqdim edə bilər.
- Müsabiqəyə bədii, qısametrajlı film ssenariləri qəbul olunur.
- Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, satılmamalı və çəkiliş dövründə olmamalıdır.
- Ssenari orijinal, yəni ekranlaşdırılmamış olmalıdır.
- Ssenarilər müsabiqəyə üç nüsxədə, çap olunmuş və CD diskdə rəqəmsal daşıyıcıda təqdim olunmalıdır.
- Şrift Courier New, ölçü 12 tələb olunur.
- Çap olunmuş ssenarilərdə müəllifin ad və soyadı qeyd olunmamalıdır.
- Müəllif ssenari ilə birgə tərcümeyi-hal, şəxsiyyət vəsiqəsi və iki foto şəkil təqdim etməlidir.
- Hər bir müəllif 1( bir ) ssenaridən artıq təqdim edə bilməz.
- Müsabiqəyə təqdim olunan ssenarilər geri qaytarılmır.

 

Ssenarilər mayın 19-dan iyulun 25-dək Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ünvanına göndərilməlidir. (Ünvan: Bakı ş. Bülbül pr, 18-30, 2-ci mərtəbə).

 

Müsabiqənin peşəkar münsiflər heyətini Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı təyin edir. Münsiflər heyəti ssenariləri məxfi seçim yolu ilə qiymətləndirəcək. Qalib ssenarilər pul mükafatı və diplomla təltif olunacaq. Ssenarilərin ekranlaşdırılması nəzərdə tutulur.


1-ci yer – 2500 manat
2-ci yer – 1800 manat
3-cü yer – 1000 manat

 

Həvəsləndirici mükafatlar da nəzərdə tutulur.

 

Əlaqə üçün telefon nömrələri: (012) 493-64-76, (012) 493-64-78.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı