"Hətta bu mitinqlərə partiya üzvləri də qatılmırlar"

06:42 19-05-2022 | icon 178 | Siyasət
"Hətta bu mitinqlərə partiya üzvləri də qatılmırlar"

Fuad Əliyev: "Bu gün yeni texnologiyalar üzərində işləmək zəruridir"

 

"“Qaliblər mühakimə olunmur”- belə deyirlər. Siyasi prosesləri misal kimi çəksək, əgər seçkidə bərabər şəkildə iştirak etsək, heç kəs əvvəldən kimin qalib gələcəyini bilməz. Amma bərabərsizlik mühitində seçkilərə qatılıb bütün vasitələri öz xeyrinə istifadə edəndə təbii ki, əvvəldən kimin qalib olunacağı da bilinir. Bununla razılaşmaq olmur. Demokratik seçkilər keçirilərsə, qalib gəlmək üçün qanuni yollar var".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

 

Fuad Əliyev qeyd edib ki, qalib olmaq üçün yeni texnologiyalar işlənməlidir:

 

"Biz, gənclərimizlə birlikdə yeni layihələr üzərində işləyir və müxtəlif kampaniyalara qoşuluruq. Artıq müəyyən çağırışlara reaksiya veririk. Bunun da nəticələrinin müsbət olacağına inanırıq.

Bu gün yeni texnologiyalar üzərində işləmək zəruridir. Çünki əvvəllər hər hansı mitinqdə böyük meydanlar dolurdusa, indi çağırışlara balaca bir stadionun yarısı qədər insan gəlmir. Hətta bu mitinqlərə partiya üzvləri də qatılmırlar. Ən ağrılı məsələlərdə insanlar toplaşmırsa, deməli başqa vasitələr seçilməlidir".

 

ALDP sədri cəmiyyətdə siyasətdən tutmuş incəsənətə qədər bütün sahələrdə “yüngüllüy”ə meyilliliyə də münasibət bildirib:

 

"Çox təəssüf ki, bu yolu təbliğ edənlər daha çoxdur. Bu prosesdə televiziyalar xüsusilə öndə dayanır və gənclərimiz də baxıb onlar kimi olmaq və qazanc əldə etmək istəyir. Sözsüz ki, pul lazımlıdır. Amma çalışmaq lazımdır ki, onu qazanarkən daxili mənliyini itirməyəsən. Çoxları o yolu məcburiyyət qarşısında seçiblər. Amma cəmiyyətin sosial-iqtisadi problemləri düzələrsə, hər şey başqa cür inkişaf edə bilər".

 

F.Əliyev cəmiyyətimizin şouya meyilliyinin günahının aydınlarda, ziyalılarda görüldüyünə də təəssüfünü ifadə edib:

 

"Ən güclü təbliğat maşını televiziyadır. Amma ziyalılarımız var ki, müxalif fikirli olduqlarına görə verilişlərə çıxa bilmirlər. İnternetə çıxsalar da, bu da çox məhduddur. Əvvəllər ayrı-ayrı yerlərdə, eləcə də Qubernator bağında poeziya gecələri olurdu. Çox insanlar o yerlərə gedib dincəlirdilər. İndi belə şeylər də yoxdur. Ziyalı harda özünü göstərsin, danışsın ki, insanlar onları dinləsin? Baxırsan ki, aparıcılar da sünidir. Bizdə hər şey sünidir. Televiziyalarımız maraqlı heç nəyi ifadə etmir".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

SİF kredit götürən sahibkarlar BARƏDƏ

Sürücülərin NƏZƏRİNƏ

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin BAKI BƏYANNAMƏSİ

Ay ərzində 800-dən çox ZƏHƏRLƏNMƏ

Əsgərimizin ölüm səbəbi bəlli oldu

İsraillə hava əlaqələri haqqında saziş İMZALANDI

“Azərbaycanın Qoşulmama Hərəkatında olması Azərbaycanın düşünülmüş ağıllı siyasətinin nəticəsidir”

Hərbçimiz bu gün insanlarımızı öldürən müharibədən DANIŞDI

AMİP partiyaları bir araya GƏTİRDİ

Oxu.Az - 9 İL SİZİNLƏ

AMİP 30 illiyini qeyd edir

Uşaq bağçasında bədbəxt hadisə

COVID-19-un müalicəsi üçün dərman TAPILDI

Azərbaycanın mövqeyi bütün tərəflərə bir daha aydın oldu

“Qarabağ” “Lex”lə oyuna bu oyunçularla çıxacaq