“Bu qanun mövcud boşluqların doldurulmasına xidmət edir”

11:32 20-05-2022 | icon 355 | Siyasət
“Bu qanun mövcud boşluqların doldurulmasına xidmət edir”

 

 

 

 

“Bütün bu dəyişikliklər narkomaniyaya qarşı mübarizənin təşkili ilə bağlı edilmiş dəyişikliklərdir. Maraqlı məqamlardan biri odur ki, Cinayət Məcəlləsinə, Cinayət Prosessual Məcəlləyə edilmiş bu dəyişikliklərin hər biri qanunda olan boşluqların doldurulması və mübarizənin gücləndirilməsinə xidmət edir”.

 

 

 

 

 

Versus.az xəbər verir ki, bunu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz QƏNİZADƏ  narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Cinayət Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununa və bir sıra digər qanunvericilik aktlarına dəyişikliklərin edilməsi barədə Prezidentin imzaladığı normativ hüquqi aktların əhəmiyyətini, zəruriliyini təhlil edərkən bildirib.

 

 

Qeyd edək ki, dəyişikliklər üç əsas istiqaməti əhatə edir.

 

 

Hüquqşünas bildirib ki, narkotiklərlə bağlı Cinayət Məcəlləsinə edilmiş dəyişiklikləri yanlış şərh edən bəzi ekspertlər belə bir fikir formalaşdırmağa çalışırlar ki, guya qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarının hazırlanma, istehsal etmə, əldə etmə, saxlama, daşınma, göndərmə və ya satma maddəsi olan 234-cü maddədə müəyyən yüngülləşdirici hallar qeyd edilib:

 

“Hətta sosial şəbəkələr üzərində vətəndaşlardan sorğu apararkən belə qeydlər edilib ki, bu, narkotikdən istifadənin sayını artıracaq, lazm deyildi və sair. Hesab edirəm ki, bu məsələ ilə cəmiyyətə bağlı hüquq-mühafizə orqanları, Milli Məclisin deputatları, mütəxəssislər tərəfindən KİV, televiziyalar vasitəsi ilə kifayət qədər şərhlər verilməli idi. Amma biz bunu görə bilmirik və hələ də gec deyil”.

 

Hüquqşünas hesab edir ki, hər yeni dəyişikliklə bağlı qanunun hansı hallarda nəyi nəzərdə tutduğu, maddələrin dispozisiyası, sanksiya hissələrinə edilən dəyişikliklər mütləq cəmiyyətə çatdırmalıdırlar:

 

“Birincisi, əgər biz 234-cü maddənin 1-ci hissəsi ilə dəyişikliyə baxsaq, burda əvvəl "şəxsi istehlak miqdarından artıq" sözü var idi. İndi "artıq" sözü "xeyli" sözü ilə əvəz olunub. Bu o demək deyil ki, hər hansı vətəndaş şəxsi istehlak miqdarından “xeyli” sözünü tətbiq etdikdə məsuliyyətdən kənarda qalacaqdır.

 

Burda əslində nə baş verib: 234-cü maddə üzrə bir çox məsələlərə aydınlıq gətirilib. Yəni Cinayət Məcəlləsində nəzərdə tutulan “şəxsi istehlak miqdarından artıq olduqda” göstərilirsə, bu artıq 234.1-ci maddə deyil, 234.2.3 və digər maddələrə tövsüf olunurdu. Baxmayaraq ki, vətəndaş narkotik maddəni satmaq məqsədi ilə əldə etməmişdi. Lakin onun üstündən “şəxsi istehlak miqdarından artıq-xeyli” narkotik vasitə tapıldıqda bu “satış məqsədi” sözü ilə tövsüf olunurdu.  Bu da düzgün deyildi. Çünki bir nəfər narkoman ola bilər ki, əlinə pul düşəndə birdəfəlik istehlak miqdarından xeyli artıq miqdarda narkotik əldə edir, lakin heç bir satış məqsədi, niyyəti yoxdur. 5-10 günlük normanı alıb özündə saxlayırdısa və əvvəl bu satış məqsədi ilə 7-8 il və 10 ilə qədər azadlıqdan məhrum edilirdisə, indi ancaq burda satış məqsədi sübut olunmadıqda elə 234.1-ci maddə ilə tövsüh ediləcəkdir. Yəni onun cəzası artıq əvvəlki kimi fərziyələr, “sən bunu satmaq üçün almısan”- deyə tövsüh edilib uzun müddətli cəzalara deyil, özünün istifadəsi üçün aldığı nzərə alınacaq. Lakin nəzərdə tutulan normadan artıq aldığı üçün digər aşağı həddə cəza ilə cəzalandırılacaqlar. Bu da ədalətli yanaşmadır.

 

Digər hallarda yeni Cinayət Məcəlləsinə 234.1 və 234-1-ci maddə əlavə olunub və burda nəzərdə tutulmuş əməllər “küllli miqdarda olduqda” artıq 3 ildən 8 ilə azadlıqdan məhrumetmə cəzası ilə cəza təyin olunur. Yəni CM-də 234.1-ci maddə var idisə, indi yeni qəbul olunan qanunda 234.1-1-ci maddə də var və burda (234-cü maddədə) “şəxsi istehlak miqdarından artıq sözünü “xeyli” əvəz etdi”, burda isə “külli miqdarda olduqda” artıq 3 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə ilə cəza verilir. Burda cəzanın sanksiya hissələrində artırılmalar var.”

 

 

Ç.Qənizadə bildirib ki, yeni məcəllədə başqa bir yenilik də var:

 

“Burda qeyd olunur ki, KİV, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya telekommunikasiya şəbəkəsindən istifadə etməklə törədildikdə cinayət qanunvericiliyinə yeni bir bənd əlavə olunur”.

 

Hüquqşünas qeyd edib ki, bir çox cəmiyyətlərdə çoxsaylı KİV üzərindən narkotiklərin satışı  ilə məşğul olan şəbəkələr mövcuddur. Yeni tətbiq edilən 234.4.4-cü maddə məhz bu halların qarşısının alınması üçün nəzərdə tutulur və 234.1.3.4-cü maddələrin məzmunundakılardan əlavə, yəni KİV -lə bunların həyata keçirilməsi nəzərdə tutulduqda onlar daha çox azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılırlar.

 

 

“Məsələn, 235-ci 235-ci maddə narkotik vasitələri, psixotrop maddələri və onların prekursorların talama və hədə-qorxu ilə tələb etmədə əgər əvvəllər burda cəza həddi aşağı idi isə 235.4.4-də bitirdisə, indi isə “.5-ci” maddə də əlavə olunub və buna görə də cəza 10 ildən 17 ilə qədər artırılıb.

 

237-ci maddədə - qanunsuz olaraq tərkibində narkotik vasitələr olan bitkilərin kultifasiyasından söz gedir. 237.1-ci maddədə  yetişdirmə və toplanma sözü, yetişdirmə sözü ilə əvəz edilib və  aşağıdakı məzmunda 237.3 cü maddə də əlavə olunmaqla sanksiya hissəsi ağırlaşdırılıb”.

 

 

Ç.Qənizadə bütün bunların fonunda bildirib ki, qanunda edilən dəyişikliklər bir sıra məsələlərə aydınlıq gətirilməklə, həm də qanunda olan boşluqların bir qədər əvvəl qeyd edildiyi kimi, KİV, o cümlədən internet informasiya ehtiyatlarında və ya informasiya telekommunikasiya şəbəkəsindən istifadə etməklə törədilməsi artıq yeni bir məzmunda verilmiş maddədir.

Onun sözlərinə görə, bu boşluqlar doldurulmaqla eyni zamanda müəyyən maddələrdə sanksiyaların artırılması nəzərdə tutulmaqla dəyişiklik edilmişdir:

 

 

“İnzibati məsuliyyət məsələsi də var. Yəni qanunsuz olaraq psixatrop maddələrin prekusorlarının hazırlanması, istehsalı, daşıması, saxlanması... şəxsi istehlak miqdarından az olduqda onlara görə inzibati cəzalar nəzərdə tutulur. Burda 400 manata qədər cərimələr nəzərdə tutulur. Bu əvvəllər də belə idi. İnzibati məsuliyyətlə bərabər həm də cinayət məsuliyyəti yaradan hallar müəyyən olunur. Bir məsələni də qeyd edim ki, əvvəllər 234.1-ci maddədə qeyd etdiyim kimi hər hansı bir vətəndaşın üzərindən şəxsi istehlak miqdarından “artıq”, indi isə “xeyli” sözü artırılıb. Artıq hər hansı narkotik vasitə çıxdıqda bu “küllü” miqdarda hesab olunurdu. Və o adam baxmayaraq ki, onun satışı ilə məşğul deyil, xəstəliyi ilə bağlı bunu alıb və bunu qanunda nəzərdə tutulan miqdaradan onun üstündədir, o, “satış məqsədi” kimi rəsmiləşdirilirdi və məhkum edilirdi. Bu da başadüşülən deyildi və yolverilməz idi. Prosessual Məcəlləyə edilən dəyişiklik sübut növü kimi cinayət işində olan narkotik vasitələrin artıq onun saxlanılıb məhkəməyə təqdim olunmasına qədər qorunmasını təmin etmək deyil, məhkəməyə qədər dərhal onun məhv edilməsi və rəsmiləşdirilməsini özündə ehtiva edir.

 

“Narkoloji xidmət və nəzarət haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarına və bir sıra digər qanunvericilik aktlarına dəyişikliklər edilib ki, burda da həqiqi hərbi xidmətə çağrılan şəxslər, həqiqi xidmətə daxil olan şəxslər də dövlət tibb müəssisələrində icabari norkoloji müayinədən keçəcəklər. Bu da narkotik istifadəçilərinin sayının müəyyənləşdirilməsi və yaxud da onların vaxtında aşkarlanması və üzə çıxarılması məqsədi ilə edilir ki, bu da narkotik vasitələrdən istifadə edənlərə qarşı mübarizənin hissələrindən biridir”.(hafta.az)

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı