...mahnıların, meyxanaların... kriminallaşdırılması məsələsi qaldırılmalıdır”

12:09 20-05-2022 | icon 345 | Siyasət
...mahnıların, meyxanaların... kriminallaşdırılması məsələsi qaldırılmalıdır”

 

 

 

 

“Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə bir sıra qanunvericilik aktlarına edilən dəyişiklikləri müsbət qarşılayıram”.

 

 

 

Versus.az xəbər verir ki, bunu Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Qanuna və bir sıra digər qanunvericilik aktlarına dəyişikliklərin edilməsi barədə normativ hüquqi aktların  imzalanmasına dair açıqlamasında bildirib.

 

Q.Əlibəyli hesab edir ki, bu dəyişikliklər hətta bir qədər geçikib. Onun fikrincə, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi ictimai əxlaqa, ictimai mənəviyyata və hüquq qaydalarına böyük ziyan vurur və milli təhlükəsizliyimiz üşün təhdidlər yaradır.

Ona görə də bu əməllərə qarşı mübarizənin hüquqi tədbirlər vasitəsilə güçləndirilməsi vacibdir və hüquq- mühafizə fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi nəzərdə tutulmalıdır.

 

“Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin satışının kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması mühüm əhəmiyyətə malikdir. Belə ki, son dövrlərdə kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə həmin maddələrin satılması barədə xeyli sayda faktlar müəyyən edilib. Eyni zamanda hesab edirəm ki, kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin istifadəsinə yönəlmiş fəaliyyətin, yəni satış məqsədi olmadan həmin maddələri təbliğ edən videroloklərin, mahnıların, meyxanaların və s. yerləşdirilməsinin də kriminallaşdırılması məsələsi də qaldırılmalıdır”.

 

 

Q.Əlibəyli müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin və həqiqi hərbi xidmətə könüllü daxil olan şəxslərin dövlət tibb müəssisələrində icbari narkoloji müayinədən keçirilməsi, həqiqi hərbi xidmət hərbi qulluqçularının isə ildə bir dəfədən az olmayaraq icbari narkoloji müayinəsi  haqqında müəyyən edilən yeni normaları da məqsədəuyğun sayıb.

 

“Vətəni müdafiə etməli olan şəxslərin narkotik vasitələrdən, psixotrop maddələrdən, onların prekursorlarından və güclü təsir edən maddələrdən istifadə etməsi dövlətin müdafiə qabiliyyətini aşağı sala və arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Ona görə belə bir qanunun qəbulu zəruri addımlardandır”(hafta.az)

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”