"əbliğat-təşviqat yolu ilə gənclərin şüuru aydınlandırılmalıdır" 

12:28 20-05-2022 | icon 261 | Siyasət
"əbliğat-təşviqat yolu ilə gənclərin şüuru aydınlandırılmalıdır" 

 

 

 

“Qanuna edilən mövcud dəyişikliyə əsasən cəzaların sərtləşdirməsi müəyyən qədər cinayətlərin qarşısını almağa kömək edəcək.  Amma əlbəttə ki, bu yeganə yol deyil. Narkotikdən istifadəyə şərait yaradan mühit də aradan qaldırılmalıdır”.

 

 

 

Versus.az xəbər verir ki, bunu politoloq, hüquqşünas Əli Mustafa narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununa və bir sıra digər qanunvericilik aktlarına dəyişikliklərin edilməsi barədə açıqlamasında bildirib.

 

 

Ə.Mustafa bildirib ki, qanunda dəyişikliklərlə paralel narkotikin “ağ ölüm” kimi zərərləri barədə qəzetlərdə, televizyalarda məlumatlar verilməli, maarifləndirilmə işi aparılmalı, təbliğat-təşviqat yolu ilə gənclərin şüuru aydınlandırılmalıdır. Onun fikrincə, əslində narkotikə qarşı bütün vasitələrlə profilaktik tədbirlər görülməldir. Bu iş xüsusən orta və ali təhsil məktəblərində ciddi şəkildə həyata keçirilməlidir.

 

"Əlbəttə ən mühüm məsələlərdən biri budur ki, gənclərin məşğulluğu, mədəni işlərlə məşğul olmasına imkanlar yaradılsın”.

 

 

Ə.Mustafa hesab edir ki, məlum dəyişikliklər bu cinayətləri törədən şəxslərə qarşı qanunun sərtləşdirilməsi kimi də qiymətləndirilə bilər. 

 

 

“Cinayət Məcəlləsinin 234-cü maddəsində qanunsuz olaraq narkotik vasitələrin istehsalı, psixatrop maddələrin hazırlanması istehsal etmə, saxlama, göndərmə  və ya satma, yaxud psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq əldə etmə və s... məsələlərlə bağlı sanksiyalar artırılıb.  Burda 3 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.  Yəni cəzalar sərtləşdirilib.  Vaxtilə qanunvericilikdə olmayan məsələlər də qanuna əlavə edilib. Belə ki, narkotik vasitələrin və psixotrop maddələrin əldə olunması, daşınması, saxlanması və eyni zamanda bu əməlllərin KİV -də, informasiya texnologiyalarından istifadə etməklə törədilməsi də artıq Cinayət Məcəlləsində cinayət əməli kimi tövsüh olunur. Buna görə də qeyd elədiyim kimi 8 ildən 15 ilə qədər ağır cəza nəzərdə tutulur. (hafta.az)

 

 

Tahirə Qafarlı

 Versus.az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

“İranın bu təhdidləri yeni deyil”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

“Ludus”un təsisçisi Bakıda

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Novxanıda ağır QƏZA

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Qeyri-etik paylaşımlar edən şəxslər HƏBS OLUNDU

“Qarabağın Rəngləri”: Qarabağ Dirçəliş Fondunun yeni layihəsi

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ