Qərbin Ermənistan sevgisi - ŞƏRH

16:54 20-05-2022 | icon 418 | Geopolitika
Qərbin Ermənistan sevgisi - ŞƏRH

 

 

 

Son zamanlarda Ermənistanda baş verənlər və Azərbaycanda yaşanan bəzi olaylarla münasibətdə Qərb dövlətlərinin yenidən ikili standartlara yer verdiyinin şahidi oluruq. Azərbaycandan fərqli olaraq Ermənistan Ukraynaya qarşı Rusiya ilə eyni cəbhədə döyüşür, Qazaxıstana KTMT bayrağı altında qoşun yeridir. Ancaq Ermənistandan fərqli olaraq Azərbaycan bu məsələlərdə heç kimin təsiri altında qalmadan özünün müstəqil mövqeyini ortaya qoyur, beynəlxalq hüququn norma və prinsiplərindən çıxış edir. Bəs Qərbin Ermənistan sevgisi nədən qaynaqlanır?  

 

 

Versus.az xəbər verir ki, politoloq Əli Mustafa hafta.az-a bildirib ki, bu Qərb svilizasiyasının böhranıdır. Onun sözlərinə görə, dünya bütün məsələlərdə obyektiv,  yaxud Qərb bir çox məsələlərdə demokratik , ədalətli təkstandartlı yanaşma sərgiləyə bilir. Amma erməni məsələsinə gələndə vəziyyət dəyişir. 

“Erməni məsələsi Qərbin, ABŞ-ın, Fransanın zəif yeridir.  Bütün məsələlərdə haqqın yanında olanlar, erməni ədalətsizliyində erməninin yanında olurlar.  Bu qərb sivilizasiyasının böhranıdır.  Ola bilər ki, erməni diasporunun kluarlarda fəaliyyəti, xiristian təəssübkeşliyi var. Amma görünən odur ki, bunlar hər zaman Ermənistandan faydalanıblar.  İstifadə olunmuş erməni məmulatından imtina da bir növ doğru deyil. Yəqin düşünürlər ki, yenə istifadə edə bilərlər”. 

 

Ə.Mustafa qeyd edib ki, Ermənistan həm də Rusiya və Qərbin birgə projesidir. Onlar xüsusən türk dünyasının ortasında, Qərbi Azərbaycan torpaqlarında İrəvan xanlığının ərazisində Ermənistanı qurmaqla türk dünyasını parçalamaq ideyasını ortaya qoyublar.

 

“Burda icraaçı Rusiya olsa da, tapşırığı Qərb ölkələri verib. Erməniyə olan sevginin bir gizli səbəbi də türkçülüyə qarşı düşmənçilikdir. Ermənistandan bir kart olaraq həmişə türklərə qarşı istifadə olunur.  Bütün bunların fonunda Qərb erməni məsləsinə gələndə təəssüf ki, vicdanlı ədalətli ola bilmir. Erməni faktoru zərərli faktor olaraq qalır. Bu gün də Ermənistan Ukraynada təcavüzkar siyasət aparan Rusiyanın yanındadır.  Amma bununla belə tədbirlərə, beynəlxalq sammitlərə Ermənistan rəhbərliyi çağırılır. Amma burda başqa nüanslar da var: Paşinyan hökuməti həm də Qərbin projesidir. O bir formada Ermənistanın Rusiyaya qarşı dirənişinə dəstək verir. Və Rusiya hökuməti də Paşinyanın hakimiyyətdən getməsinə səy göstərir. O baxımdan hətta Paşinyan Rusiyanın yanında olsa da, vicdansız addımlar atsa da göz yumurlar. Əlbəttə, bu ikili standart deyilən məlum anlayış yerindədir. Buna görə də bizim Qərbi, Rusiyanı qınamağa haqqımız var. Belə bir şəraitdə yaşamalı, mübarizə aparmalıyıq”.

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI