MDB PA-nın onlayn iclasında

 

17:48 20-05-2022 | icon 415 | Siyasət
MDB PA-nın onlayn iclasında
 

 

 

 

Versus.az xəbər verir ki, mayın 20-də MDB PA-nın İqtisadiyyat və maliyyə üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib.

 

 

Tədbirdə MDB PA-da Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin üzvləri - MDB PA-nın İqtisadiyyat və maliyyə üzrə daimi komissiyasının sədr müavini Rüfət Quliyev, üzvləri İltizam Yusifov və Anar Məmmədov iştirak ediblər.

 

Daimi komissiyanın gündəliyi təsdiq olunduqdan sonra təşkilati məsələlərə baxılıb.

 

Milli Məclisin deputatı Rüfət Quliyev yenidən MDB PA-nın İqtisadiyyat və maliyyə üzrə daimi komissiyasının sədr müavini vəzifəsinə seçilib.

 

Sonra komissiya üzvləri MDB iştirakçısı olan dövlətlər arasında iqtisadi təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafına dair tövsiyələrə, “Dövlət satınalmaları haqqında” və “MDB-yə üzv dövlətlərdə texnologiya transferi, onun dəstəklənməsi və tənzimlənməsi tədbirləri haqqında”, həmçinin rəqəmsallaşdırma sahəsində nümunəvi qanun layihələri zərfinə baxıblar. Deputatlar zərfə daxil olan digər model qanun layihələrini müzakirə ediblər.

 

İclasın sonunda Müstəqil Dövlətlər Birliyində 2023-2025-ci illər üçün Perspektiv Model Qanunvericilik layihəsinə dair təkliflərə də baxılıb, 2021-ci ildə görülən işlər təhlil edilib, qurumun növbəti müddət üçün hazırlanan model qanunvericilik işlərinin perspektiv planına təkliflər nəzərdən keçirilib, növbəti iclasların tarixi və ilkin gündəliyi müəyyənləşdirilib.

 

Versus.az 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI