Sədr müavini dünyanın ikilistandartlardan danışdı

17:55 20-05-2022 | icon 458 | Siyasət
Sədr müavini dünyanın ikilistandartlardan danışdı

 Fəzail İbrahimli: "Azərbaycan bütün qonşuları ilə əlaqələrinin yüksək səviyyədə olmasını istəyir"

 

Mayın 20-də Milli Məclisin sədr müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli G20 Dinlərarası Forumun regional hazırlıq iclası çərçivəsində Bakıda keçirilən “Prioritet qlobal məsələlər üzrə multikultural perspektivlər” mövzusunda beynəlxalq konfransın iştirakçılarının bir qismi ilə görüşüb.

 

Versus.az xəbər verir ki, Qonaqları Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirən vitse-spiker ölkəmizin keçdiyi sürətli inkişaf yolu, müstəqillik illərində qazandığı nailiyyətlər barədə danışıb. Dinlərarası dialoqun əhəmiyyətini qeyd edən Fəzail İbrahimli, qonaqlara Azərbaycanın öz ərazilərini 44 günlük Vətən müharibəsi nəticəsində azad edərək ərazi bütövlüyünü bərpa etməsi, işğaldan azad olunmuş ərazilərimizdə aparılan sürətli bərpa-quruculuq işləri, ölkəmizdə bərqərar edilmiş sabitlik və tolerantlıq mühiti barədə danışıb. O, bildirib ki,

Azərbaycan bütün qonşuları ilə əlaqələrinin yüksək səviyyədə olmasını istəyir.

 

Dünyada hökm sürən ikili standartlardan danışan Milli Məclisin sədr müavini, dindən dünyada siyasi alət kimi istifadə edilməsindən, bununla da insanların üz-üzə qoyulmasından narahatlığını ifadə edib.

 

Vitse-spiker qonaqların təmsil etdikləri təşkilatlarda Azərbaycan reallıqlarını, burada gördükləri həqiqətləri obyektiv olaraq çatdıracaqlarına inamını ifadə edib.

 

Görüşdə çıxış edən ABŞ-ın Stirlinq Fondunun prezidenti Ed Rou, Pakistan, Yunanıstan, Xorvatiya və digər ölkələrin nümayəndələri G20 Dinlərarası Forum platformasında görülən işlərdən, qarşıda dayanan vəzifələrdən və Azərbaycan barədə təəssüratlarından danışıblar. Qonaqlar Azərbaycana bundan sonra da sülh və sabitlik arzularını ifadə ediblər.

 

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

 

Görüşdə  Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvləri Sahib Alıyev, Cavanşir Paşazadə, Ceyhun Məmmədov, Malik Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.      

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür