Deputatlarımız AŞPA-nın komitə iclasında iştirak edəcək

18:03 20-05-2022 | icon 298 | Siyasət
Deputatlarımız AŞPA-nın komitə iclasında iştirak edəcək

 

 

 

Deputatlarımız AŞPA-nın komitə iclasında iştirak edəcək

 

 

Versus.az xəbər verir ki, Milli Məclisdən verilən məluta görə, in Milli Məclisin deputatları – Kamal Cəfərov və Erkin Qədirli Avropa Şurasının Parlament Assambleyasının Hüquq komitəsinin iclasında iştirak etmək üçün mayın 22-dən 23-nə kimi Fransanın Paris şəhərində səfərdə olacaqlar.

 

Avropa Şurasının Parlament Assambleyasının Hüquq komitəsinin iclasında qurumun əvvəlki iclasının protokolu təsdiqlənəcək, insan hüquqlarının müdafiəsi vəziyyəti ilə bağlı müxtəlif məruzələr dinləniləcək, COVİD-19-un nəticələri, vaksin diskriminasiyasının qarşısının alınması və digər məsələlər müzakirə ediləcək və müvafiq qərarlar qəbul olunacaq.

 

Sonra deputatlar mayın 23-dən 25-nə kimi Belçikanın Brüssel şəhərində səfərdə olacaqlar. Səfər çərçivəsində Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamal Cəfərov və qrupun üzvü Erkin Qədirli Belçika parlamentində görüşlər keçirəcək. Görüşlərdə parlamentlər səviyyəsində əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Sümüklərdə infeksiyalaşma - ƏLAMƏTLƏR və MÜALİCƏ

"Tarkanın hörmətsizliyinə özümüz günahkarıq"

AMİP-in Qurultayı keçirilib

SPECA həftəsinə Azərbaycanın ev sahibliyi etməsi nədən xəbər verir?

"Tarkan tamaşaçılara hörmətsizlik edib"

Günel Qurbanovadan “Dünyamın içində”-yə klip

Sumqayıtı tüstü bürüyüb

Hərbçilərin pensiya yaşı ARTIRILIR

“Napoleon” filminin premyeradan öncə NÜMAYİŞİ

Azad edilmiş ərazilərdə əhaliyə pay torpaqlarının verilməsi GÖZLƏNİLİR

Məktəblinin döyülməsi iddiaları ilə bağlı ARAŞDIRMA

Azərbaycanda ilk dəfə

Qadın karateçimiz ilkə imza atıb

Çinin yeni kəşfi

Azərbaycanın bir sıra bölgələrində qar yağır