Fransanın açıq ermənipərəst mövqeyi...

10:47 21-05-2022 | icon 511 | Geopolitika
Fransanın açıq ermənipərəst mövqeyi...

 

 

Vətən müharibəsindən sonra da Fransa dövlət səviyyəsində Ermənistana hərtərəfli dəstəyini göstərməkdə davam edir. Rusiya-Ukrayna müharibəsində digər Qərb ölkələri ilə müqayisədə Fransanın Rusiyaya qarşı loyal münasibət tutması, həm də Fransa siyasi dairələrinin Rusiya ilə gizli bağlılığının göstəricisidir. Bu arqument M.Lö Pen və Valeri Pekres, Nikola Sarkozinin simasında öz təsdiqini tapdı. Fransa prezidentliyinə əsas namizəd olan hər iki siyasətçinin Rusiya xüsusi xidmət orqanları, keçmiş prezident Sarkozinin isə Kremlə yaxın oliqarxlara lobbiçilik etməsi ilə əlaqədar çoxsaylı məlumatlar aşkara çıxarıldı. V.Pekresin hələ SSRİ xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edildiyi, M.Lö Penin isə Rusiyadan 9 mln. avro alaraq geri qaytarmadığı təsdiqini tapdı. Bu proses hazırki situasiyada regionda gedən proseslərdə hansı rol alıb və təsirləri nə ola bilər?

 

Eləcə də hətta Rusiyanın Ukraynaya hücumundan sonra Fransa prezidenti E.Makronun Ukrayna prezidenti V.Zelinskiyə ölkədən qaçmağı, güzəşt etməyi təklif etməsi Ukrayna rəsmiləri tərəfindən dəfələrlə dilə gətirilib. Eləcə də 2008-ci ildən bəri Ukraynanın Avropa İttifaqı və NATO-ya inteqrasiyasını, bu gün isə üzvlüyünü bloklayan Fransa və Almaniyanın siyasi dairələrinin əsas simaları Rusiyanın Qərbdə lobbiçiliyini edib, bu ölkəyə məxsus iri şirkətlərlə şübhəli əməkdaşlığa cəlb olunub.

 

Bu xüsusda, rəsmi şəxslərin, Avropa Parlamenti deputatlarının bəzilərinin Azərbaycana qarşı qərəzli mövqedə dayanması nə ilə bağlıdır?

 

 

Versus.az xəbər verir ki, siyasi şərhçi Aytən Qurbanova bildirib ki, Fransa uzun illər ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olaraq münaqişənin danışıqlar yolu ilə həll olunmasında əsas aktorlar kimi çıxış edə biləcəyi halda, heç vaxt bu məsələdə öz neytrallığını qoruyub saxlaya bilməyib. Bu da təbii olaraq münaqişənin həllini gecikdirən əsas faktorlardan birinə çevrilməklə Fransanın açıq ermənipərəst mövqeyini ortaya çıxarmış oldu.

 

“Eyni qərəzli mövqeyi biz ikinci Qarabağ müharibəsi zamanı və davam edən danışıqlar prosesi dövründə verilən bəyanatlarda da açıq şəkildə müşahidə edə bildik. Bu nöqteyi-nəzərdən yanaşdıqda bugün Fransa-Rusiya əlaqələrinin pərdə arxasında gizli məqamların ortaya çıxması heç də təəccüb yaradan hal deyil. Düşünürəm ki, Fransanın siyasi dairələrində erməni lobbisinin və ayrı-ayrı şəxslərin maraqları bir çox hallarda dövlət maraqlarının belə önünə keçməyə müvəffəq olub”.

 

A.Qurbanova bütün bu xüsusatlara əsaslanaraq hesab edir ki, bu gün Fransa heç bir halda nə Azərbaycan, nə də əksər region dövlətləri üçün sülh quruculuğu prosesində vasitəçilik missiyasını icra biləcək etibarlı tərəfdaş deyil. Belə olduğu halda da Fransanın birtərəfli qaydada regionda baş verən proseslərə cəlb olunması imkanları da azaldığı üçün təsir mexanizmləri məhdudlaşmış olur. (hafta.az)

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür