Yayda “Meymun çiçəyi”nə yoluxma artacaq - ÜST

11:16 21-05-2022 | icon 514 | Sağlamlıq
Yayda “Meymun çiçəyi”nə yoluxma artacaq - ÜST

 

 

Kütləvi tədbirlərin keçirilməsi əlaqədar yay aylarında "Meymun çiçəyi" xəstəliyinə yoluxma halları artacaq.

 

 

Versus.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klüqe xəbərdarlıq edib.

 

 

"Avropada kütləvi toplantılar, festivallar və şənliklərlə müşayiət olunan yay dövrünə yaxınlaşırıq. Virusun yayılmasının sürətlənə biləcəyindən narahatam", - ÜST rəsmisi deyib.

 

 

O, Avropa regionunda ən azı səkkiz ölkədə son bir neçə gün ərzində "Meymun çiçəyi" xəstəliyinə yoluxma hallarının aşkar edildiyini vurğulayıb. Avropadan kənarda virus Avstraliya, Kanada və ABŞ-da qeydə alınıb.

 

Xatırladaq ki, bundan öncə İsrail, Belçika, Fransa, Almaniya, İtaliya, Portuqaliya, İspaniya, İsveç, Böyük Britaniya, Avstraliya, Kanada və ABŞ-da "Meymun çiçəyi" xəstəliyinə yoluxma hallarına rast gəlinib.

 

Versus.az 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı