Mayın son 10 günündə bizi nə gözləyir - XƏBƏRDARLIQ

14:29 21-05-2022 | icon 389 | Sağlamlıq
Mayın son 10 günündə bizi nə gözləyir - XƏBƏRDARLIQ

 

 

Son günlər baş ağrıları, ürək bulanması və əzginlikdən şikayətlənənlərin sayı artıb. Bunu Yer kürəsini maqnit qasırğasının bürüməsi ilə izah edirlər. Günəşdə aktivliyin artması nəticəsində mayın son on günündə cüzi dalğalanmalar gözlənilir. 

 

 

Versus.az xəbər verir ki, bu barədə coğrafiya elmləri doktoru Rza Mahmudov bildirib.

 

 

Onun sözlərinə görə, mayın 24-də mülayim maqnit qasırğası, mayın 25 və 27-də isə yerin geomaqnit sahəsində kifayət qədər güclü həyəcanlanma olacağı proqnozlaşdırılır:

 

 

“Zəlzələ Rixter şkalasının 12 ballıq şkalası ilə ölçülürsə, maqnit qasırğası 0-9 bal arasında dəyişir. 0-4 balarası kiçik həyəcanlanma, 5-7 balarası fırtına, 8-9 balarası isə qasırğa adlanır. Mayın 25-də 5 ballıq zəif maqnit fırtınası olacağı gözlənilir. Ondan sonrakı günlərdə 4 ballıq həyəcanlanma olacaq. Lakin bu, heç də təşvişə düşmək, ciddi narahatlıq hissi keçirməyə əsas vermir”.

 

 

R. Mahmudov qeyd edib ki, maqnit qasırğaları Günəşin partlaması nəticəsində Yerin maqnit sahəsində yaranan pozuntulardır. Bu cür dalğalanmalar rabitə sistemlərinin işinə, eləcə də insan sağlamlığına mənfi təsir göstərə bilər:

 

 

“Digər aylarla müqayisədə may ayı qasırğaların təkrarlanması ilə xarakterizə olunur. Onu da deyim ki, 8-9 bal gücündə qasırğalar 5-6, bəzən 10 ildən bir olur. Ekstremal qasırğalar nəinki insanlarda narahatlıqlar yaradır, hətta Yerdə texniki cihazları, avadanlıqları, kompüterləri, təyyarədə naviqasiya sistemlərini sıradan çıxarmağa qadirdir. Maqnit qasırğalarının tədqiqi həkimlər, eləcə də meteohəssas insanlar, xüsusilə həkimlər üçün olduqca vacibdir. Bəzən elə ola bilər ki, havada maqnit qasırğası olduğundan xəbərsiz olan həkim həmin gün sağlamlıq problemi ilə üzləşən xəstə üzərində cərrahiyyə əməliyyatı apara bilər”.

 

Alim qeyd edib ki, maqnit qasırğalarının daha güclü təsirini meteohəssas və yaşlı insanlar, hamilə qadınlar, eləcə də xroniki xəstəliyi olanlar hiss edirlər. Fırtınalı günlərdə başağrısı, baş gicəllənmə, ürəkbulanma, əzələlərdə və oynaqlarda ağrı, yuxusuzluq ola bilər.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı