Bakı və İrəvan üçün çətin seçim- ŞƏRH

14:44 21-05-2022 | icon 434 | Geopolitika
Bakı və İrəvan üçün çətin seçim- ŞƏRH

 

 

Azərbaycanla Ermənistan arasındakı danışıqlarda iki vasitəçi var - Moskva və Brüssel. Nə Bakı, nə də İrəvan bu ikisindən birini seçə bilir. Çünki Brüsseli seçsən Moskva narazı qalacaq və hər iki dövlətə problem yaradacaq, Moskvanı seçsən, bu dəfə də Brüssel narazı qalacaq, bu isə nə Bakının, nə İrəvanın maraqlarına cavab verir.

 

 

 

Versus.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu mayın 22-də Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçiriləcək görüşü ilə bağlı şərhində deyib.

 

 

Politoloq xatırladıb ki, Brüssel Moskvadan fərqli olaraq həm Azərbaycana, həm də Ermənistana 2 milyard avrodan çox kredit vədi verib.

"Digər tərəfdən Azərbaycanın ixracatının əsas istiqaməti Avropa İttifaqı dövlətlərinə yönəlib. Buna görə də indiki halda Bakı və İrəvan həm Rusiyanın, həm də Avropa İttifaqının vasitəçiliyi qəbul etmək məcburiyyətindədir. Ancaq problem ondadır ki, Ukrayna müharibəsinə görə Moskva ilə Brüssel arasında münasibətlər gərgindir və Kreml Avropa İttifaqının Cənubi Qafqazda fəallaşmasını istəmir, bunu Rusiya əleyhinə yönəlimiş siyasət kimi dəyərləndirir".

 

 

E. Şahinoğlunun fikrincə, Bakı və İrəvan üçün digər bir problem ondadır ki, həm Brüssel, həm də Moskva eyni işlə məşğuldur, hər ikisi Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşməsi, dəhlizin açılması və sülh sazişinin imzalanmasıyla bağlı vasitəçilik edirlər.

 

"Normalda Brüssellə Moskvanın bu 3 məsələdə mövqeləri eynidirsə, Azərbaycanla Ermənistanı barışdırmaq üçün birgə çalışmalıydılar. Sadəcə, Rusiyanın Ukraynada apardığı işğalçı müharibə fonunda Brüsselə Moskvanın çalışmalarını uzlaşdırmaq praktik baxımdan mümkün deyil. Belə olan halda Moskva və Brüssel vasitəçilik uğrunda bir-birləriylə mübarizəni davam etdirəcəklər. Bu isə ümumi işə zərər verəcək", - politoloq danışıqların gedişatını belə dəyərləndirib.

 

Qeyd edək ki, mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.  Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, liderlər görüşdə sülh sazişi üzrə danışıqlara başlamaq üçün təklif edilən məqamları müzakirə edəcəklər.

 

Qriqoryan, həmçinin vurğulayıb. Brüssel görüşünün gündəliyində münasibətlərin tənzimlənməsi, sülh danışıqlarının başlanması üçün Ermənistan və Azərbaycan tərəfinin təklif etdiyi bəndlər, əsirlərin qaytarılması və itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, regional kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə ikitərəfli komissiyanın işə başlaması kimi məsələlər yer alacaq.

 

Ermənistan təmsilçisi onu da diqqətə çatdırıb ki, Brüsseldə heç bir sənəd imzalanmayacaq.

 

Bununla bağlı fikirlərini bölüşən E. Şahinoğlu yeni sənədə ehtiyac olmadığını söyləyib: "Həqiqətən yeni sənədə nə ehtiyac var ki? Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə son görüşlərində razılaşmışdılar ki, aprel ayının sonuna qədər həm birgə sərhəd komissiyası təsis olunacaq, həm də bu komissiya ilk iclasını keçirəcək. Nikol Paşinyan bu razılaşmaya sadiq qalmadı. Brüsseldə Paşinyan bunun səbəbini Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelə izah etməlidir".

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı