Azərbaycanda 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb
Azərbaycanda koronavirusa 1 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.
Versus.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 708 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 950 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib. 48 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 587,
bu günə qədər isə ümumilikdə 6 869 996 test icra olunub.
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"