"Məktubunda da Cozef Bayden  bunu xüsusilə vurğulayı"

 

20:11 21-05-2022 | icon 360 | Geopolitika
"Məktubunda da Cozef Bayden  bunu xüsusilə vurğulayı"
 

Elxan Şahinoğlu: "Azərbaycanın Ukraynaya dəstəyi ABŞ tərəfindən yüksək dəyərləndirilir"

 

ABŞ Prezidenti Cozef Baydenin Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alan məqamlar iki ölkə arasında münasibətlərin mövcud durumu və Vaşinqtonun nəzərində Azərbaycanın hansı əhəmiyyətə malik olduğunu göstərir.

 

Versus.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu  bildirib ki, Azərbaycan uzun illərdir ABŞ-la dörd müxtəlif istiqamətdə - enerji, təhlükəsizlik, bölgədə sabitlik və insan haqları müdafiəsi ilə bağlı ikitərəfli əmkdaşlıqlar qurub və bu əməkdaşlıqlar davam edir.  Onun sözlərinə görə, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra Cənubi Qafqaz ölkələrindən Ukraynaya dəstəyi ən çox Azərbaycan verib. Azərbaycandan Ukraynaya verilən humanitar yardımlar, neftin göndərilməsi və sair, bütün bunlar Amerika tərəfindən dəyərləndirir.  Çünki  Amerikanın da Ukraynaya dəstəyi var.

 

Məhz mıktubunda da Cozef Bayden  bunu xüsusilə vurğulayır.

 

Politoloq təəssüflə qeyd edib ki, buna baxmayaraq,  Amerikada ermənipərəst dairələr Azərbaycana qarşı sərt qanunların tətbiqinə çalışırlar:

 

“Ermənistanın Ukraynaya dəstəyi yoxdur. Amma ABŞ -da bu ölkəyə qarşı münasibət daha yumşaqdır.  Azərbaycan diplomatiyası xüsusilə qabartmalıdır ki,  Ukraynaya dəstək verən Azərbaycandır, Ermənistan  Rusiyanın quludur və Ukraynaya da heç bir dəstək vermir. Bayden Azərbaycanın önəmiu vurğylayır, amma biz istərdik ki,  bu onların siyasətində də özünü göstərsin. Çünki ABŞ -da diplomat və konqresmenlər  bəzən ermənipərəst mövqedən də çıxış edirlər”. 

 

E.Şahinoğlu bundan əvvəl də Donald Trampın Azərbaycan Prezidentinə strateji  əməkdaşlığı özündə ifadə xeyli məktublar göndərdiyini qeyd edib. “Təbii ki, ABŞ dünyanın super gücüdür və Azərbaycan özü də Amerika ilə ikitərəfli əməkdaşlığı genişləndirməkdə maraqlıdır”. /hafta.az/

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol