"Azərbaycanın Avropa və dünya bazarında önəmli rol oynayır"

20:21 21-05-2022 | icon 418 | Siyasət
"Azərbaycanın Avropa və dünya bazarında önəmli rol oynayır"

 

 

 

 

“ABŞ Prezidenti Cozef Baydenin Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubu diqqətlə seçilmiş diplomatik ifadələr və xüsusi məzmunu ilə əlamtədardır. Çünki məktubda həm 30 illik müddət ərzində ABŞ-Azərbaycan münasibətlərinin keçdiyi yola nəzər salınır həm əldə edilən ortaq nailiyyətlərə vurğu edilir və həm də ikitərəfli və çoxtərəfli əməkdaşlığın perespektivləri ilə bağlı mühüm fikirlər bildirilir”.

 

 

Versus.az xəbər verir ki, bunu  Millli Məclisin deputatı Hikmət Babaoğlu ABŞ Prezidenti Cozef Baydenin Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunun əhəmiyyətini şərh edərkən bildirib.

 

Deputat bildirib ki, ABŞ prezidenti ilk növbədə diqqəti hazırda dünyada baş verən mühüm geosiyasi proseslərə çəkərək, vaxtilə ABŞ və Azərbaycanın həyata keçirdiyi fəaliyyətin məhz indiki kritik mərhələdə öz bəhrəsini verdiyini dilə gətirib.

 

“Bildirilir ki , 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlıq tarixin mühüm anında öz bəhrəsini verir. Azərbaycanın Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır. Göründüyü kimi regional təhlükəsizliyin təmin olunmasında Azərbaycanın mühüm rol oynamasını ABŞ Pezidenti daha qlobal kontekstdə qiymətləndirir.Bu miqyası beynəlxalq səviyyəyə qədər yüksəldir ki , bu da özlüyündə Azərbaycanın beynəlxalq münasibətlər sistemində oynadığı rolun yüksək qiymətləndirilməsi hesab edilə bilər”.

 

H.Babaoğlu məktubda yer alan ikinci mühüm aspekt kimi ABŞ -ın qlobal terrorizmə qarşı mübarizədə Azərbaycanın rolunu xüsusi olaraq qeyd etməsini önə çəkib.

 

“Şübhəsiz ki, bura təkcə qlobal terrorizmə qarşı mübarizədə ABŞ-ın antutrerror koalisiyasının dəstəklənməsi deyil, həm də Azərbaycanın regionda erməni terror ocağını darmadağın etməsi də daxildir. Əgər bunların üzərinə Cozef Baydenin Azərabycanın müstəqilliyini dəstəklədiyi ilə bağlı səsləndirdiyi fikirləri də gəlsək, bu həm də Azərbaycanın 44 günlük müharibədən sonra yaratdığı yeni reallığın da ABŞ tərəfindən dəstəklənməsi kimi qiymətləndirilə bilər”.

 

H.Babaoğlu məktubda digər mühüm məsələnin Ermənistan və Azərbaycan arasında yarana biləcək mümkün sülhlə bağlı ABŞ prezidentinin qeyd etdiyi fikirləri önə çəkib. Deputat bunu da özlüyündə olduqca əhəmiyyətli hesab edib.

 

“Cozef Bayden bildirir ki, Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır. Göründüyü kimi bizim sadəcə Qafaqaz regionunda əməkdaşlıq perespektivləri kimi qiymətləndirdiyimiz postmüharibə reallığını ABŞ daha geniş miqyasda , Transxəzər region kontekstində qiymətləndirir ki, bu da əslində Azərbaycanın regionun gələcəyində oynayacağı mühüm rola işarədir. Ona görə də gələcək onilliklərdə də ABŞ-Azərbaycan əməkdaşlığına ehtiyac olduğu bildirilir”

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı