Ermənilərin ziyan vurduğu 121 evin bərpasına başlanılıb

17:07 10-01-2019 | icon 486 | Qarabağ
Ermənilərin ziyan vurduğu 121 evin bərpasına başlanılıb

 

Ağdam rayonunda ermənilərin açdığı atəş nəticəsində ziyan dəymiş 121 evin bərpasına başlanılıb.

 

Versus.Az  report-a istinadən bildirir ki, bərpa, təmir və tikinti işləri Prezident İlham Əliyevin imzaladığı "Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttində yerləşən yaşayış məntəqələrində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" sərəncamına əsasən aparılır.  

Qeyd edək ki, sərəncamla Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttinə yaxın 19 yaşayış məntəqəsində mülki əhalinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 139 ailənin yaşadığı 121 fərdi yaşayış evinin bərpası üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb. 

Ağdam Rayon İcra Hakimiyyətin Memarlıq və tikinti şöbəsinin müdiri Abduləli Mehdiyev report-a bildirib ki, 19 kənddəki 121 evdə yenidən tikinti və bərpa işləri aparılacaq: "Artıq Qaradağlı, Əfətli və Evoğlu kəndlərində söküntü və tikinti işlərinə başlanılıb. Əfətlidə 25, Qaradağlıda 21, Zəngişalıda 12, Çəmənlidə 33, Əhmədağalıda 11, Qərvənddə 12, Təzəkənddə isə 7 evdə əsaslı təmir və bərpa işləri aparılacaq".

 

Versus.az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...