Yılmaz Özdil – QADIN (V)

19:29 22-11-2017 | icon 767 | Ədəbiyyat
Yılmaz Özdil – QADIN (V)

Ümmügül

/Tərcümə: Rüfanə Günəş/

Qəzet ən qısa  ömürlü məhsuldur. Ömrü çörəkdən də qısadır. Səhərin ilk işığında doğular, axşamı görmədən ölər. Ensklopediya deyil ki, alıb illərlə saxlayasan. Oxudun, qurtardı. Lap istəyirsən min səhifə et. Oxucunun sənə ayırdığı vaxt 20 dəqiqədir. Olsun lap 25.
Soruşursunuz ki, niyə qısa yazıram? Buna görə.
Uzun yazılar “yalançı dolma” kimidir. Oxuyarsan, oxuyarsan, içində bir qram ət yoxdur. Amma bəzən bir sual soruşarsan. Həyatın mənası ətə sümüyə bürünər.
Bu gün bu köşə yazısında belə bir sual var. Mənə aid deyil. Sizi bir ilə tanış edəcəyəm, o soruşacaq.
Adı Ümmügüldür.  Yeddi yaşı var. Balıqəsir Burhaniyəlidir. Cümhuriyyət İbtiadi məktəbinin şagirdidir. Bu məktəbdə bir mülki müdafiə konfrans təşkil edildi. Zəlzələ olsa nə etməliyik mövzusunda idi.
Yekə-yekə mütəxəssislər gəlmişdi. Uşaqlar soruşacaqdı, mütəxəssislər cavablayacaqdı, doğruları öyrədəcəkdilər. Məqsəd bu idi.
Ümmügül barmağını qaldırdı və soruşdu:
– Zəlzələ olsa, kasıbları da qurtararlar?
Hələ o biri cümləyə keçməyin. Bir daha oxuyaq:
– Zəlzələ olsa, kasıbları da qurtararlar?
Zal səssizliyə büründü. Elə bil, tavan başlarına uçdu. Çünkü əslində həqiqət ağırdır.
Ətrafa diqqətlə baxırıq.
O partiya gəlir, bu partiya gedir. İndi adında “ədalət” olan bir partiya iqtidardadır. Amma ədalətsizlik hissi yeddi yaşındakı balalarımızın qəlbində də var.
Qəzetlər bunu yazmırsa.
Min səhifə olsalar, nə olacaq ki?

Ümmügül Turhan

Ümmügülə cavab vermədilər, cavabın yerinə məktəbin direktorunun otağına çağırıb, şokolad və yağlı boya verdilər. Akp dönəminin tipik yanaşmasıdır. Makaron verəndə, kömür verəndə, şokolad verəndə problemləri həll edirdilər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI