Rusiya hərbçilərinin TÜLKÜ ƏMƏLİYYATI
Onlar Ukrayna silahlılarının geyimində döyüş postunu ələ keçirmək istədilər
Rusiya hərbçiləri Nikolayev vilayətində Ukrayna Silahlı Qüvvələrinin formasını geyinərək müşahidə məntəqəsini ələ keçirməyə cəhd ediblər.
Hadisə Nikolayev vilayətinin şimal-şərqində baş verib. Ukrayna və Rusiya hərbçiləri arasında toqquşma olub.
Qeyd edilir ki, düşmən Ukrayna Silahlı Qüvvələrinə məxsus hərbi formada “Tiqr” zirehli texnikasının dəstəyi, minaatanlardan açılan atəşin köməyilə qorunaraq, müşahidə məntəqəsini tutmağa çalışıb.
Hücum dəf edilib, düşmən dörd nəfər itki verərək geri çəkilib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"