Bu çimərliklərə giriş saatla olacaq
Türkiyənin turizm mərkəzlərindən olan Antalya şəhərinin dünyaca məşhur çimərliklərinə saat 20:00-dan gün çıxana qədər giriş qadağan edilib.
Səbəb, nəsli kəsilməkdə olan dəniz tısbağalarının (Caretta caretta, Chelonia mydas) Aralıq dənizində yuvalama mövsümünün başlamasıdır. Onların ən çox yuva qurduğu çimərliklər Antalya sahillərində yerləşir. Dəniz tısbağasının çoxalma mövsümündən asılı olaraq axşam saatlarından “Çıralı”, “Olimpos” və “Patara” çimərliklərinə girmək, üzmək, çadır qurmaq, ocaq yandırmaq kimi bütün fəaliyyətlər qadağandır.
Sentyabrın sonuna qədər davam edəcək qadağaya əməl etməyənləri 109 785 lirə (11 549 AZN) cərimə gözləyir.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"