ALDP sədrindən Müstəqillik Günü ilə bağlı PAYLAŞIM

10:42 27-05-2022 | icon 428 | Siyasət
ALDP sədrindən Müstəqillik Günü ilə bağlı PAYLAŞIM

Fuad Əliyev: "Azərbaycanımız daha güclü, bütöv olsun"

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev 28 May - Müstəqillik Günü münasibətilə paylaşım edib.

 

Versus.Az xəbər verir ki, ALDP sədri paylaşımda bildirir:

 

 

"Azərbaycanın milli bayramı - Müstəqillik günü münasibətilə xalqımızı ürəkdən təbrik edirəm.

 

1918-ci ilin 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Xalq Cümhuriyyətinin yaranması tarixi bir hadisə idi. İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaranmışdı, Azərbaycan xalqı müstəqilliyə qovuşurdu. Ölkəmizin dünya birliyinin üzvü kimi tanınması prosesi başlanmışdı. Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini və onun qurucularının xidmətlərini həmişə yüksək qiymətləndirmişdir. Ancaq Xalq Cümhuriyyəti cəmi iki ilə yaxın zaman ərzində yaşaya bildi. Sonra Cümhuriyyət süqut etdi və Azərbaycan xalqı öz dövlət müstəqilliyindən məhrum olundu. Yalnız Sovet İttifaqı dağılandan sonra Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. 1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir.

15 oktyabr, 2021-ci ildən Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü olub.

 

Əziz həmvətənlər!

Sizi Azərbaycan xalqının tarixində unudulmaz günlərdən biri olan 28 May - Müstəqillik Günü münasibətilə təbrik edirəm. Arzu edirəmk ki, Azərbaycanımız daha güclü, bütöv və iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərdən biri olsun".

 

SEVDA
Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin