"Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq"

16:21 28-05-2022 | icon 567 | Siyasət
"Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq"

İlham Əliyev: “Türkiyənin artan gücü bizi də gücləndirir”

 

“Hesab edirəm ki, bu gün daha iki nümunə var. Bu da təvazökarlıqdan kənar olsa da, mənim qardaşımla (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nəzərdə tutulur - red.) mən. Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq”.

 

Versus.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib.

 

“Mən dəfələrlə demişəm ki, Türkiyənin artan gücü bizi də gücləndirir. Biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik. Türkiyənin uğurlu inkişafı ilk növbədə Prezident Ərdoğanın adı ilə bağlıdır. Mən də öz fəaliyyətimdə həmişə çalışmışam ki, Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edim və Azərbaycanın müstəqil siyasətini təmin edim.

 

Bizim aramızdakı qardaşlıq bütün Türkiyə və Azərbaycan xalqına örnək olmalıdır. Bir daha əziz qardaşım Ərdoğanı və Türkiyədən gələn dostlarımıza, qardaşlarımıza, bacılarımıza bayram günündə bizimlə bərabər olduqlarına görə təşəkkürümü bildirmək istəyirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək. Yaşasın Türkiyə-Azərbaycan birliyi, qardaşlığı! Qarabağ Azərbaycandır!”

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı