40 yaş SİNDROMU

06:13 31-05-2022 | icon 664 | Maraqlı
40 yaş SİNDROMU

Qadınlarda “Balzak yaşı”, kişilərdə isə “40 yaş sindromu” adlanan bu yaş dövrü istər qadınlarda, istərsə də kişilərdə müəyyən mənada narahatlıq doğurmağa başlayır. 

 

Qadınlar 40 yaşından sonra bəyənilməmə qorxusu yaşayırlar və ekspertlər 35-45 yaş aralığındakı zərif cinsin “40 yaş sindromu”na yaxalanmaları ehtimalını daha real hesab edirlər. Kişilər isə sözün həqiqi mənasında, özlərini buraxırlar, kökəlmə, bəzi mənəvi sapıntılar bu yaşdan sonra baş verir.

 

Bəs 40 yaşına çatan orqanizmi bu yaşdan sonra hansı xəstəliklər gözləyir?

 

Bəzən idarəsində çətinlik çəkdiyimiz bədən orqanları məhz 40 yaşdan sonra bizə hansı sürprizləri hazırlayır? Qidalanmamıza necə diqqət etməli və özümüzü nələrə hazırlamalıyıq?

 

 

“40 yaşına qədər insan bədənində yaranan hüceyrələrin sayı ilə ölən hüceyrələrin sayı bərabər olur. 40 yaşından sonra isə ölən hüceyrələrin sayı çoxalmağa  başlayır. Bu isə o deməkdir ki, insan orqanizmində enerji itkisi baş verməyə başlayır”.

 

Bu sözləri açıqlamasında həkim-terapevt Rasif Bağırov söyləyib.

 

Ekspertin sözlərinə görə, məhz 40 yaşdan sonra maddələr mübadiləsi pozğunluqları başlayır ki, bu da asanlıqla onkoloji problemlərə çevrilə bilir.

 

“40 yaşdan sonra orqanizm asanlıqla minerallar və vitaminlər itirməyə başlayır ki, bunun nəticəsində də insanlarda ətraf mühitin təsirinə və stressə qarşı dözümlülük zəifləyir”. 

 

Ekspert 40 yaşdan sonra insanlarda ən çox rast gəlinən xəstəliklərin məhz ürək-damar xəstəlikləri olduğunu vurğulayıb.

 

“40 yaş sindromu”na gəlincə isə ekspert bunun bir çox səbəbləri olduğunu izah edib: 

 

“Qadınların bu yaşdan sonra ana olmaq ehtimalı azalır. Bu öncə estrogen hormonunun 50 faizdən çox aşağı düşməsi ilə əlaqədardır. 40 yaşdan sonra qadın bədəni klimaks dövrünə hazırlaşır və klimaks dövründə qadınlar kifayət qədər həssas olmağa başlayırlar. Bu bir çox hallarda qadınlarda əksiklik hissinin artması, güvənsizlik və stress ilə müşayiət olunur”. /Bizim.Media /

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı