Vahid Ələkbərovun səlahiyyətlərinə xitam verildi
Rusiyanın enerji nəhəngi “Lukoyl”un səhmdarları Azərbaycan əsilli rusiyalı iş adamı Vahid Ələkbərovun şirkətin prezidenti səlahiyyətlərinə vaxtından əvvəl xitam verib.
Şirkətin yeni rəhbəri Vadim Vorobyov təyin edilib.
Qeyd edək ki, Vorobyov 20 ildən artıqdır ki, şirkətdə çalışır. Buna qədər o, şirkətin birinci icraçı vitse-prezidenti idi.
Xatırladaq ki, Vahid Ələkbərov “Lukoyl”un Direktorlar Şurasını və şirkətin rəhbəri vəzifəsini tərk edib. O, vəzifəsini tərk etməsinin səbəbi kimi Böyük Britaniya və Avstraliyanın fərdi sanksiyalarını göstərib və bildirib ki, bu, “Lukoyl”un işinə mane olur.
Xəbər lenti
COP29-un tədbir məkanı BMT-nin qurumuna VERİLDİ
Mavi Zonaya yalnız UNFCCC tərəfindən...