"Dəhliz 10 noyabrdan sonra önəmlidir"

15:30 26-05-2022 | icon 379 | Geopolitika
"Dəhliz 10 noyabrdan sonra önəmlidir"

 

 

 

"Zəngəzur dəhlizi mesajı birinci Rusiya ilə İrana verilir. Bu, Türkiyənin Orta Asiyaya çıxması üçün lazımdır. Eləcə də bu dəhliz Çin, London üçün də önəmlidir. Zəngəzur dəhlizinin açılması irəliyə doğru atılacaq addımlardan asılı olacaq".

 

 

Versus.az xəbər verir ki, bunu politoloq Teymur Qasımlı Zəngəzur dəhlizi mesajının əhəmiyyəti və reallığı barədə açıqlamasında bildirib.

 

 

Onun sözlərinə görə, dəhliz məsələsi 10 noyabrdan sonra önəmlidir. Amma nə dərəcədə yerinə yetirəcək, bu hələ bilinmir.

 

Politoloq hesab edir ki, Qərbin Azərbaycanla yaxınlaşması, Ukraynaya görə təşəkkür edib dəstəkləməs nüsbət dəyərləndirilir. 

 

 

"Amma bir çox görüşlər keçirilsə də, sərhəd delimitasiyası ilə bağlı ortada bir şey yoxdur. Hətta iki ölkə liderinin sərhəddə görüşmə məsələsi gündəmdə idi. Ancaq görüşdən sonra Ermənistanda kütləvi etiraz aksiyaları başladı. Baxmayaraq ki, Paşinyan bu aksiyaların qarşısını alır, bundan sonra da alacaq, amma xüsusi bir dəyişiklik yoxdur. Bizim dövlət rəhbəri komissiyanın tərkibini müəyyənləşdirməyə hazır olduğunu dedi. Paşinyanın Moskva görüşü və digər məsələlərdən sonra heç bir razılaşma əldə olunmadı. Bundan əvvəl də iki dövlətin köməkçisi görüşdü və Ermənistan Azərbaycana 6 təklif irəli sürdü – bu, yekun status və məsələnin ATƏT-in Minsk Qrupu çərçivəsində həll olunması idi. Paşinyan Hollandiyada çıxışında Azərbaycanın öhtəliklərin bir çoxunu, o cümlədən terroristləri geri qaytarmadığı ilə bağlı iddia irəli sürüb. Bu məsələlərin uzanmasında səbəb həm Moskva, həm daxil, həm də əsir məsələsi idi".

 

 

Politoloq bildirib ki, 22 mayda baş tutan görüşdə maraqlı açıqlamalar olub. "Şarl Mişel etnik ermənilərin təhlükəsizliyi məsələsi həll olunmalıdır" deyib.

Nəqliyyat-kommunikasıya ilə bağlı razılaşmalar əldə olunub ki, Azərbaycan prezidenti Zəngəzur dəhlizi ilə bağlı Türkiyə prezidenti ilə telefon danışıqları aparıb. Digər dəmir yolu kommunikasiyaların açılması məsələsi də müzakirə olunur.

22 may görüşünfə işıqucu o oldu ki, komissiyaların tərkibi  müəyyənləşir, prosesi işləməliyik".

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı