"Azərbaycan-Türkiyə münasibətləri tarixdə heç bir zaman olmadığı qədər yüksək səviyyədədir"

13:14 01-06-2022 | icon 580 | Siyasət
"Azərbaycan-Türkiyə münasibətləri tarixdə heç bir zaman olmadığı qədər yüksək səviyyədədir"

 

Türkiyənin sabiq baş naziri Binəli Yıldırımın dediyi- “Vaxtilə  Əbülfəz Elçibəy dörd vertolyot istədi, Türkiyə onları verə bilmədi. Bu gün isə Preizdent Ərdoğan deyə bildi ki, “Qarabağ sizin haqq işinizdir”. Ərdoğan deyə bildi ki, sizin sizin başınıza gətirilənlər, bizim də başımıza gətirilib. Biz sizin yanınızdayıq. O. Bu mesajı bütün dünyaya göndərə bildi”- fikirləri Türkiyə-Azərbaycan münasibətlərində yeni yüksək mərhələnin daha da inkişaf etməsinin göstəricisi kimi dəyərləndirilir, Türkiyə və

 

 

Azərbaycana qarşı yönələn təzyiq və təsirlərə qarşı bir yumruq kimi önə çəkilir.

 

Binəli Yıldırımın bu fikirlərinin təhlil edən ekspertlər bu gün Türkiyə-Azərbaycan münasibətlərinin tarixin ən yüksək zirvəsində olduğunu ortaya qoymaqla yeni nüansları ortaya qoyur. Və hansı mesajını verir?

 

 

Versus.az xəbər verir ki, AMİP sədri Arzuxan Əlizadə açıqlamasında bildirib ki, bu gün tam əminliklə demək olar ki, Azərbaycan-Türkiyə münasibətləri tarixdə heç bir zaman olmadığı qədər yüksək səviyyədədir. Onun sözlərinə görə, bu, hər iki dövlət başçısının yürütdüyü müstəqil, məqsədyönlü və ardıcıl siyasətin nəticəsidir.

 

“Biz bir zamanlar deyilmiş “bir millət, iki dövlət” ifadəsini sözün həqiqi mənasında reallaşdırmışıq. Aparılan bu siyasətin bəhrəsini 44 günlük ikinci Qarabağ savaşında gördük. Bu haqq davamızda qardaş Türkiyə, o Türkiyə ki, dünyanın ən güclü və müasir silahlara malik ordusu var, hörmətli prezident Ərdoğanın timsalında elə ilk gündən Azərbaycanın yanındayıq dedi və sonadək sözünə sadilik nümayiş etdirdi, bir çox güclərin qarşısında sipər oldu. Bu gün də yeni dünya düzəninin formalaşdığı bir dönəmdə Türkiyə regionda bizimlə müştərək siyasət yürütməklə gücümüzə güc qatır. Bunu dəyərləndirməmək və unutmaq heç bir halda mümkün deyil”.

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı