"Bütün bunlar erməni vandallığını ortaya qoyur..."

11:53 27-05-2022 | icon 177 | Siyasət
"Bütün bunlar erməni vandallığını ortaya qoyur..."

Samir Hümbətov: "Azərbaycanın öz ərazilərinə necə həssas sevgi ilə yanaşdığını bəyan edir"

 

“Əldə etdiyimiz zəfərdən sonra həmin ərazilərdə erməni vandallığının şahidi olduq. Erməni terrorçu dəstələri Azərbaycanın maddi-mədəniyyət nümunələrini tamamilə darmadağın elədilər”.

 

Bunu iğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işləri, işğaldan əvvəlki, işğal dövründə və azad olunduqdan dərhal sonrakı vəziyyəti ilə bugünkü durumu arasında müqayisələr aparan politoloq Samir Hümbətov bildirib.

 

Politoloq Azərbaycan Prezidentinin təkcə işğaldan azad olunmuş ərazilərə deyil, bütün bölgələrə səfər etməsi, ölkənin kompleks və tarazlı inkişafı məsələsinin dövlət başçısının siyasətində aparıcı xətt olması ilə bağlı faktlara diqqət çəkib.

 

S.Hümbətov bildirib ki, işğal dövrü və sonrakı, yaxud ondan əvvələ də baxsaq, arada xeyli fərq var:

 

"1992-93-cü illər ərzində Azərbaycanın işğal olunmuş həmin əraziləri erməni vandalları tərəfindən tamamilə dağıdıldı. Bu 30 il ərzində həmin yaşayış əraziləri yerlə-yeksan edildi. Kəndlər, şəhərlər dağıdıldı. Əldə etdiyimiz zəfərdən sonra həmin ərazilərdə erməni vandallığının şahidi olduq. Erməni terrorçu dəstələri Azərbaycanın maddi-mədəniyyət nümunələrini tamamilə darmadağın elədilər".

 

S.Hümbətov bildirib ki, indi Azərbaycan işğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi işini aparır, həm də bərpa-quruculuq işinə yenidən start verib:

 

“Dövlət başçısı həmin yerlərin əvvəlkindən də gözəl vəziyyətə gətirilməsi üçün əlindən gələni edir. Kəndlər, şəhərlər müasir standartlara uyğun formada qurulur. Əgər işğaldan əvvəl Füzulidə hava limanı olmayıbsa, indi orda hava limanı tikilib, istifadəyə verilib. Laçında, Zəngilanda da tikilir. Eyni zamanda, orda müasir dövrün tələblərinə uyğun olaraq şəhərsalma işləri aparılır. Artıq oradakı vəziyyəti yenidən qurmağa çalışırıq. Bu böyük uğurdur. Azərbaycan bunu öz gücü hesabına edir. Bütün bu faktlar erməni vandallığını ortaya qoyur, Azərbaycanın öz ərazilərinə necə həssas sevgi ilə yanaşdığını bəyan edir".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI