“Bu münasibətlər regionda sülh və əməkdaşlığın qarantdır”

16:57 27-05-2022 | icon 221 | Siyasət
“Bu münasibətlər regionda sülh və əməkdaşlığın qarantdır”

Sübhan Talıblı: "Bu birliyi qorumalı, inkişaf etdirməliyik"

 

"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması, Zəngəzur dəhlizinin açılması Ermənistanın tənəzzüldə olan həm iqtisadiyyatı, həm strtateji hədəfləri, həm də gələcəyi üçün yeganə nicat yoludur".

 

Versus.Az xəbər verir ki, bunu Dövlət başçısının Zəngəzur dəhlizinin avtomobil, dəmir, hava yolları seqmentlərinin və beynəlxalq enerji dəhlizinin yaradılması məsələsinin xüsusi diqqətində saxlaması və bu istiqamətlər üzrə işlərin sürətlə aparılması ilə bağlı şərh verən AMEA-nın Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı deyib.

 

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsində avtomobil və dəmir yollarının inşası hər hansı ciddi çətinlik yaratmır:

 

"Zəngəzur dəhlizinin əhəmiyyətinə gəldikdə isə, dəhlizin açılması bu gün Rusiya, Türkiyə, İran, Çin, ABŞ və Avropa İttifaqının maraq dairəsində xüsusi əhəmiyyət kəsb edir. Buna görə də həm Ermənistan, həm də Ermənistanı dəstəkləyən bəzi dövlətlər və təşkilatlar da artıq başa düşürlər ki, Zəngəzur dəhlizinin açılmasına qarşı hər hansı müqavimət və ya prosesi əngəlləmək, vaxtı uzatmaq cəhdinin mənası yoxdur. Çünki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı xarici siyasət kursu tam açıq, şəffafdır, beynəlxalq hüquqa və mehriban qonşuluq siyasətinə, region ölkələri arasında inteqrasiyaya əsaslanır. Eyni zamanda Cənubi Qafqazın lider dövləti olan və müstəqil xarici siyasət yürüdən Azərbaycan Respublikası Zəngəzur dəhlizi ilə bağlı mövqeyə nail olması da şübhəsizdir ki, bu da artıq reallığa çevrilir. Bundan əlavə, bu il martın 11-də Azərbaycanla İran arasında Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumun imzalanıb".

 

S.Talıblı bildirib ki, bu gün bizlərə dədələrimizdən və tariximizdən əmanət qalan Türkiyə və Azərbaycan qardaşlığı nəinki tarixi, milli-mənəvi, kök baxımından deyil, həm də strateji müttəfiqlik baxımından əhəmiyyətlidir, vacibdir. Təbii ki, bu birliyi qorumalı, inkişaf etdirməliyik. Harda Türkiyə varsa, orda Azərbaycan var, harda Azərbaycan varsa, orda Türkiyə var prispiniə əsaslanır münasibətlərimiz:

 

“Təbii ki, Türkiyə və Azərbaycan prezidentlərinin bölgədə sülhün tezliklə əldə edilməsinin önəmini vurğulamaları, ikitərəfli dostluq və qardaşlıq münasibətlərinə dair məsələlər və gələcək təmaslar barədə fikir mübadiləsi aparmaları bir daha onu sübut edir ki, Türkiyə və Azərbaycan dostluğu, qardaşlığı və müttəfiqliyi regionda sülh və əməkdaşlığın qarantdır. Beynəlxalq hüquqa və strateji müttəfiqliyə əsaslanan bu münasibətlər regionda sülh və əmin-əmianlığın, sabitliyin qarantıdır". /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür

Rektor yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-dan danışıb